Bazar , 19 May 2024
Drone Cameras

Ərdoğanın sözçüsü: “Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”

“Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Cumhur İttifaqı” ilə “Millət İttifaqı”nın səsləri arasında ciddi fərq var.

İ.Kalın “Cumhur İttifaqı”nın bütün tərəfdarlarını səsvermə prosesində iştirak etməyə və səslərinə sahib çıxmağa çağırıb.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …