Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ərdoğanla Zelenski Rusiya və Ukrayna arasındakı danışıqlar prosesini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya və Ukrayna arasında müharibədə son hadisələr, eləcə də danışıqlar prosesi müzakirə olunub.

Prezident Ərdoğan danışıqlar prosesində hər cür köməklik göstərməyə və vasitəçilik rolu da daxil olmaqla lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə prinspial olaraq müsbət yanaşır.

Bundan əlavə, Ərdoğan vəziyyətin hər gün pisləşdiyi Mariupoldan yaralıların və mülki əhalinin təxliyyəsinin təmin edilməsinin zəruriliyini bəyan edib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …