Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

10 saat ölmüş sayılan qadın dəfn qabağı “dirildi” – VİDEO

83 yaşlı ukraynalı Kseniya Didux qohumları tərəfindən dəfn edilməyə hazırlanarkən “dirilib”.

Bu barədə ТСН-in “Youtube” kanalında hazırlanmış süjetdə deyilir.

Bildirilir ki, Ukraynanın Vinnits əyalətindən olan təqaüdçü 10 saat heç bir həyat  əlaməti göstərməyib. Həkimlər onun nəbzi və təzyiqini ölçsələr də, cihazlar heç nə göstərməyib. Hətta həkimlər tərəfindən çıxarılan kardioqramda da düz xətt görünüb. Bundan sonra tibb işçiləri qohumlarına qadını “son mənzilə” hazırlaşmağı məsləhət görüblər. 

Yaxınları Diduxu dəfn etməyə hazırlaşan zaman isə qadın ayılıb. Bildirilir ki, qadın bundan öncə artıq iki dəfə klinik ölüm keçirib. 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …