Şənbə , 23 Noyabr 2024
Drone Cameras

11 yaşlı azərbaycanlı Putinə müraciət etdi: Müharibəni dayandırın – VİDEO

Ukraynanın Kiyev şəhərində yaşayan 11 yaşlı azərbaycanlı uşaq Yusif Aslanov Rusiya prezidenti Vladimir Putinə müraciət edib. 

Boyukmillet.com xəbər verir ki, 11 yaşının olmasına baxmayaraq, indiyədək iki müharibənin şahidi olub. 

11 yaşlı uşaq 2020-ci ildə Azərbaycanda olduğu müddət erməni terroristlərinin Qarabağdakı müharibəsini də Rusiyanın prezidentinə xatırladıb.

O, aprelin 24-ü Rusiyanın Kiyev şəhərini bombardman etməsinin sədaları altında yuxudan oyandığını və həmin müharibə nəticəsində uşaqların, qadınların, qocaların öldürüldüyünü bildirib. Həmçinin o, Putindən bu müharibəni dayandırmağı istəyib. 

Uşaq 11 yaşı olmasına baxmayaraq, özünü Ukraynanın əsgəri hesab etdiyini bildirir. İstənilən vaxtı Ukraynanın müdafiəsinə uşaqların da qalxacağını qeyd edib. Yusif Aslanov uşaqlıqdan Xocalı soyqırımı ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında, BMT-nin, ATƏT-in nümayəndəliklərinin qarşısında keçirilən aksiyalarda iştirak edib.

Bu dövrdə də erməni qəsbkarlarının qadınlara, uşaqlara törətdikləri vəhşiliklərə qarşı etirazını bildirib.  Ermənilərin gülləsinə tuş gələn balaca Zəhranın ölümündən sonra o, Ermənistan səfirliyinin qarşısında mitinqin iştirakçılarından biri olub. 

https://www.youtube.com/watch?v=YLsFo0wG3-o&t=1s

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …