Çərşənbə axşamı , 1 Aprel 2025
Drone Cameras

13 yaşlı qızı cinsi istismara məruz qoyan 24 yaşlı kişi necə azadlıqda qala bildi?

Zərərçəkənin anası məhkəmədə bildirib ki, kişinin həbsdə qalmasının qızına müsbət təsiri yoxdur, ona görə də onun barəsində şikayəti yoxdur

Bir neçə gün əvvəl Ağcabədidə 2001-ci il təvəllüdlü kişinin 2010-cu il təvəllüdlü uşağı cinsi istismara məruz qoyması və qızın hamilə qalması ilə bağlı xəbər yayılıb.

“E-mehkeme” saytında hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 12 mart tarixli hökmü yerləşdirilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.4.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə – təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Sənəddən həm də məlum olur ki, o, 14 yaşına çatmamış qızla 2024-cü ilin mayın ortalarından etibarən dəfələrlə cinsi əlaqədə olub.

Təqsirləndirilən ifadəsində cinsi əlaqəyə görə məsuliyyəti qızın üzərinə atıb. O, ifadəsində bildirib ki, 14 yaşına çatmamış qızı sevib, onunla ailə qurmaq niyyətində olub, bu haqda anasına, anası qızın anasına məlumat verib.

2024-cü ilin aprelində zərərçəkənin evində nişan keçirilib. Valideynləri onlara qız 18 yaşına çatandan sonra  rəsmi nikaha daxil olaraq ailə quracaqlarını bildiriblər. Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddət sonra guya qız  ona ailə qurmaq istədiyini bildirib, o isə səbrli olmasını, zamanı gəldikdə ailə quracaqlarını dediyini bildirib.

Qız isə cavabında cinsi əlaqədə olacaqları təqdirdə ailələrinin onlara ailə qurmağa icazə verəcəklərini deyərək cinsi əlaqədə olmağı təklif etdiyini deyib.

24 yaşında kişi həm də bildirib ki, yetkinlik yaşına çatmayan bir qızla cinsi əlaqədə olmasına görə cinayət məsuliyyətinə cəlb olunaraq, həbs olunacağını bilmirdi.

Bir neçə ay sonra qızın hamilə olduğunu öyrəniblər. Ailələrin razılığı ilə evdə yaxın qohumların iştirakı ilə “toy” ediblər.

Hamiləliyin 5-ci ayında (2024-cü il, oktyabr) qız “ailə qurduğu” adamın evində, onun ailəsi ilə birlikdə yaşamağa başlayıb.

Daha sonra zərərçəkən hamilə olduğuna görə qəsəbədə yerləşən xəstəxanaya müayinəyə aparılıb, bundan təxminən beş-altı gün sonra polis əməkdaşları yaşadığı evə gələrək onu özləri ilə polis şöbəsinə aparıblar.

Zərərçəkənin anası məhkəmədə bildirib ki, kişinin həbsdə qalmasının qızına müsbət təsiri yoxdur, ona görə də onun barəsində şikayəti yoxdur.

Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə məhkəmə baxışı zamanı artıq övladının dünyaya gəldiyini (2025-ci ilin fevralı), zərərçəkənin və yeni dünyaya gəlmiş övladının anası ilə birlikdə yaşadığını, bununla da artıq himayəsində iki qadın, bir azyaşlı körpənin olduğunu, ailənin dolanışığının onun üzərində olduğunu, zərərçəkənin faktiki ailə münasibətlərinin olduğunu, azadlıqdan məhrum edilməsinin ailəsinin həyat şəraitini eləcə də, maddi vəziyyətini pisləşdirəcəyini bildirərək məhkəmədən cəza təyin edərkən bütün bu halları nəzərə almağı xahiş edib.

O, Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 6 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub və ona 1 il sınaq müddəti müəyyən edilib.

Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilib və azadlığa buraxılıb.

Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Check Also

Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı …