Cümə , 20 Sentyabr 2024
Drone Cameras

15 iyul şəhidinin xatirəsi anılıb

15 iyul 2016-cı ildə  FETÖ terror təşkilatının Türkiyədə həyata keçirmək istədiyi hərbi çevriliş cəhdinin növbəti ildönümü qeyd olundu.

Bu hadisələr vaxtı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Ömər Halisdəmirin də xatirəsi yad edilib.

Boyukmillet.com xəbər verir ki, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın (TOHGMİB) Türkiyə təmsilçiliyinin təşkilatçılığı ilə qəhrəman şəhidin məzarı ziyarət edilib.

Mərasimdə TOHGMİB Türkiyə üzrə  nümayəndəsi Taciyiddin  Hüseynquluzadə və Ömər Hüseynquluzadə, Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan generalları və zabitləri, Ömər Halisdəmirin ailə üzvləri və rəsmi şəxslər iştirak edib.

İştirakçılar arasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz, Ömər Halisdəmnirə döyüş əmri verən, Özəl Qüvvətlər komutanı, general-leytenant  Zekai Aksakallı paşa da olub.

TOHCMİB Türkiyə üzrə  nümayəndəsi Taciyiddin  Hüseynquluzadə Ömər Halisdəmirin atasına, qardaşına baş sağlığı verib.

Herbiand.az

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …