Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

“15 sentyabr böyük Türk millətinin bayramıdır” – Səfir

“15 sentyabr Bakının qurtuluşu böyük Türk millətinin bayramıdır”.

Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 101-ci il dönümünə həsr olunmuş rəsm sərgisinin açılışında deyib.

Səfir bildirib ki, bir-birinə ürəkdən bağlı olan iki xalq, Azərbaycan və Türkiyə bir ananın iki oğludur. O əlavə edib ki, 101 il öncə Osmanlı ölüm-qalım mübarizəsi verdiyi zamanda belə öz qardaşının, Azərbaycanın çağırışına hay verib: “Ənvər paşanın rəhbərliyi altında türk ordusu Azərbaycanın yardımına gəldi”.

Səfir Türkiyə xaricində Azərbaycanın türk şəhidlərinin ən çox dəfn olunduğu ikinci ölkə olduğunu vurğulayıb. “1130 türk şəhid qardaş torpağın bağrında uyuyur”, – deyə o əlavə edib. E.Özoral Azərbaycanda 14 şəhid qəbiristanlığının olduğunu deyib.

Bakının Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iki qardaş ölkənin ayrılmaz bağlarının onları daima bir birinə bağlayacağını qeyd edib.
Türkiyə səfiri E.Özoral sərgidə əsərləri olan rəssamlara diplomlar təqdim edib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …