Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

“20 Yanvar” dairəsində “KamAZ” aşıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

“20 Yanvar” metro stansiyasının yanında 1975-ci il təvəllüdlü Xəlilov Teymur Abbasəli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə zamanı sürücü müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 21 kq narkotik …