Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2016

Türkiyəli qonaqlar BDM-in ofisini ziyarət edib

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində türkiyəli qonaqlarla görüş keçirilib. Psixoloq dr. Məltəm Özkandan və iş adamı Alptekin Aydoğanla görüş keçirilib. Görüşdə Qarabağın işğalı zamanı sağlamlığını itirmiş əngəlli insanlara psixoloji yardımın göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd edək ki, dr. Məltəm Özkandan təkcə Türkiyədə deyil, eyni zamanda bir sıra Avropa ölkələrində psixologiya sahəsində fəaliyyət göstərməkdədir. Görüşdə BDM sədri İsmayıl …

Read More »

Putin: Tramp da belə birgə işə hazırdır

Rusiya və ABŞ-ın dərin və fundamental maraqları iki ölkənin münasibətlərinin normallaşdırılmasını tələb edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Dövlət başçısının fikrincə, Rusiya və Birləşmiş Ştatların əməkdaşlıq edə biləcəyi bir çox sahələr var: “Düşünürük ki, biz regional münaqişələrin neytrallaşdırılması işində çox şey edə bilərik. Maraqları nəzərə alaraq, işə başlamaq lazımdır. Hesab edirəm ki, …

Read More »

Kriştianu Ronaldu “Qızıl top”un sahibi oldu

Bu gün ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top”un yeni sahibi müəyyənləşib. Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “France Football” nəşrinin 2016-cı il üzrə “Qızıl top” mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu olub. Portuqaliyalı hücumçu üçün bu “Qızıl top” karyerasında 4-cü oldu. Xatırladaq ki, Kriştianu Ronaldu 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının …

Read More »

Hakim oğlunu öldürməkdə təqsirləndirilənin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə ifadə verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elçin Həsənəliyev bildirib ki, ərazidən keçərkən qəzanın baş verdiyini görüb. O qeyd edib ki, xəsarət alan şəxslə bağlı təcili …

Read More »

Hərbi bazada partlayış: 20-dən çox əsgər yaralanıb

Koreya Respublikasının Ulsan şəhərindəki hərbi bazada baş vermiş partlayış nəticəsində 20-dən çox şəxs yaralanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yaralıların hamısı Cənubi Koreya ordusunun əsgərləridir. Onlar xəstəxanaya yerləşdirilib. Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir. Hərbçilər hələ rəsmi bəyanat verməyiblər.

Read More »

Azərbaycan neftinin qiyməti 57 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 56,83 dollar/barel təşkil edib ki, bu da dekabrın 9-na olan göstəricidən 1,94 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 55,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,89 dollar/barel çoxdur. …

Read More »

XƏBƏRDARLIQ: Çovğun olacaq, yollar buz bağlayacaq, temperatur 7-10° enəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir: gecə və səhər 5-7°, gündüz 1-4° …

Read More »

“Şanxay qülləsi”ndəki lift Ginnesin Rekordlar Kitabına düşüb

Dünyada ən hündür ikinci bina olan “Şanxay qülləsi”ndəki lift sürətinə görə Ginnesin Rekordlar Kitabına düşüb. Şanxay şəhərində 632 metr hündürlüyü olan göydələndə quraşdırılmış lift saniyədə 20,5 metr sürətlə yuxarı qalxa bilir. Belə ki, sərnişin 55 saniyə ərzində birinci mərtəbədən 119-cu mərtəbəyə qalxa bilir. “Mitsubishi” şirkətinin istehsalı olan lift həm də ən hündür və ən sürətli ikimərtəbəli lift kimi də Ginnesin …

Read More »

“Azerbaijan International” jurnalının redaktoru Qərb Universitetinin tələbələri ilə görüşüb

Dekabrın 13-də Qərb Universitetində ABŞ-da nəşr olunan “Azerbaijan İnternational” jurnalının redaktoru, tədqiqatçı Betti Bleyer ilə görüş olub. AZƏRTAC xəbər verir ki, görüşdə B.Bleyer rəhbərlik etdiyi jurnalın fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına dair apardığı tədqiqatın nəticələrini təqdim edib. Qonaq “Əli və Nino” əsəri ilə bağlı araşdırmalardan da danışıb. Sonra B.Bleyer …

Read More »

Azərbaycan kubokunda dörddəbir final mərhələsinin oyunlarına start verilir

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunlarına start veriləcək. AZƏRTAC xəbər verir ki, bütün matçlar eyni gündə keçiriləcək. Açılış matçı “Qəbələ” və AZAL komandaları arasında oynanılacaq. Daha sonra meydana “İnter” və “Kəpəz”, “Zirə” və “Neftçi” klubları çıxacaqlar. Bu mərhələnin son oyunu isə “Qarabağ” – “Sumqayıt” qarşılaşması olacaq.

Read More »