Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində türkiyəli qonaqlarla görüş keçirilib. Psixoloq dr. Məltəm Özkandan və iş adamı Alptekin Aydoğanla görüş keçirilib. Görüşdə Qarabağın işğalı zamanı sağlamlığını itirmiş əngəlli insanlara psixoloji yardımın göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd edək ki, dr. Məltəm Özkandan təkcə Türkiyədə deyil, eyni zamanda bir sıra Avropa ölkələrində psixologiya sahəsində fəaliyyət göstərməkdədir. Görüşdə BDM sədri İsmayıl Ağayev tərəfindən Məltəm Özkandana hədiyyə təqdim olunub. Türkiyəli qonaqlarla keçirilən görüşdə BDM sədrinin birinci müavini Samir Adıgözəlli, BDM idarə heyətinin üzvü İbrahim Axundov və BDM NTK-nın sədri Əkbər Vəliyev də iştirak edib.
Check Also
Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …