Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Kriştianu Ronaldu “Qızıl top”un sahibi oldu

Bu gün ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top”un yeni sahibi müəyyənləşib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “France Football” nəşrinin 2016-cı il üzrə “Qızıl top” mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu olub.

Portuqaliyalı hücumçu üçün bu “Qızıl top” karyerasında 4-cü oldu.

Xatırladaq ki, Kriştianu Ronaldu 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının qalibi olub.

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və “Atletico Madrid” klubunun fransalı yarımmüdafiəçisi Antuan Qrizman da “Qızıl top” mükafatına ilk 3 namizədlər arasında idilər.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir