Şənbə , 27 Aprel 2024

Yearly Archives: 2016

Azərbaycan Belarusda milli məhsullar mağazası açacaq

2017-ci ildə Belarusda Azərbaycanın ilk milli məhsullar mağazası açılacaq. Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Belarusa səfəri zamanı müzakirə olunub. Səfir Belarusda Azərbaycan ticarət evlərinin açılması barədə müzakirələrin davam etdiyini deyib: “İlk mağaza 2017-ci ildə açılacaq. Artıq Azərbaycan məhsullarının Belarusa tədarükü üzrə 40-dan çox …

Read More »

Türkiyə Suriyaya zirehli texnikalar göndərir

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində 44 İŞİD-çi öldürülüb. Trend-in “Haber 7” qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 117 terrorçu yaralanıb. Həmçinin Türkiyənin Kilis vilayətinin Əlibəyli rayonundan Suriyanın Əl-Bab bölgəsinə zirehli texnikaların göndərildiyi bildirilir.

Read More »

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Dekabrın 27-də Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib. Paytaxt Vaşinqton şəhərinin mötəbər və məşhur məkanlarından sayılan “Mayflower” hotelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşlarımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporunun fəal üzvləri və bu ölkədə …

Read More »

Zeynəb Xanlarovanın yubileyidir

Bu gün SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.“Report”un məlumatına görə, xalq artistinin 80 illik yubileyidir.Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirib.Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və …

Read More »

Azərbaycanda bu il dövlət xətti ilə sahibkarlara 190 mln. manat güzəştli kredit verilib

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Xırdalan şəhərində 2016-cı ilin sonuncu işgüzar forumunu keçirib. İqtisadiyyat Nazirliyindən “Report”a bildirilib ki, 150-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi …

Read More »

“Azərenerji” bayram günləri gücləndirilmiş rejimdə işləyəcək

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədi ilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradıb. Bu barədə “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.Qurum rəsmisinin sözlərinə görə, ASC-nin elektrik enerjisinin ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib və …

Read More »

Türkiyədə daha 34 hərbçi həbs edilib

Türkiyənin 22 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində daha 34 nəfər hərbçi həbs edilib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyatın keçirilməsi üçün Ankara şəhər Prokurorluğu sanksiya verib. İnformasiyaya əsasən, onların 4-ü zabit, 30-u isə gizirdir. 

Read More »

ABŞ-da güclü zəlzələ baş verib

Nevada ştatında Kaliforniya ilə sərhəd yaxınlığında 5,8 bal gücündə zəlzələ olub. “Report” “Reuters”ə istinadən xəbər verir ki, yeraltı təkanlar Hotorn şəhərindən 29 km uzaqlıqda qeydə alınıb. Zəlzələnin ocağı 19 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Read More »

İran sərhədi pozmağa çalışan ABŞ təyyarələrinə xəbərdarlıq edib

İran ölkənin cənubunda hava hücumundan müdafiə təlimləri keçən zaman sərhədlərini pozmağa çalışan ABŞ-ın kəşfiyyat təyyarələrinə bir neçə dəfə xəbərdarlıq edib. “Report” RİA “Novosti”yə istinad xəbər verir ki, bu barədə İran ordusunun briqada generalı Abbas Fərəcpur bildirib. “Son üç gün ərzində təyyarələrin İranın hava məkanına daxil olmaması üçün 12-dən çox xəbərdarlıq edilib” – general vurğulayıb. Məlumata görə, xəbərdarlıqlar ABŞ Hərbi Hava …

Read More »

Təhsil Nazirliyi 300 müəllimin imtahandan sıfır qiyməti alması barədə məlumatlara aydınlıq gətirib

“Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə sıfır bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa facebook postu olan bu “məlumatların” təəssüf edirik ki, heç bir rəsmi istinad mənbəyi yoxdur, deməli, həm də həqiqəti əks etdirmir”.“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.“Məlumat üçün deyək ki, 2016-cı ilin son iki …

Read More »