Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Dekabrın 27-də Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Paytaxt Vaşinqton şəhərinin mötəbər və məşhur məkanlarından sayılan “Mayflower” hotelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşlarımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporunun fəal üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov soydaşlarımızı bayram münasibətilə təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramın xaricdə həmvətənlərimiz arasında birliyin təşviqi və diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbrikini qonaqların diqqətinə çatdırıb. Sonra səfir Azərbaycanın dövlətçilik tarixindən, 1918-ci ildə ölkəmizdə müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyətindən danışıb.

Eyni zamanda, bu ilin ölkəmizin müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün tamam olması baxımından əhəmiyyətini vurğulayan səfir E.Süleymanov aparılan məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanın dünyada ciddi tərəfdaş kimi qəbul edildiyini bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət tədbirləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması, ölkənin siyasi və iqtisadi sabitliyinin təmini istiqamətində fəaliyyəti barədə danışıb. Səfir qeyd edib ki, hazırda dünyanın bir çox məkanlarında dözümsüzlüyün və radikalizmin artması meyilləri müşahidə oldunduğu halda, ölkəmizin multikulturalizm modeli və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr dünyada dərin rəğbət oyadıb.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir