Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2016

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Komitədən “APA-Economics”ə verilən məlumata görə, hərrac nəticəsində dövlət büdcəsinə 0,8 mln. manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək. Hərracda özəlləşdirilmiş 2 kiçik dövlət obyekti Bakıda, 1-i Şəkidə, satılmış 4 istifadəsiz …

Read More »

Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri: “1915-ci ildə ermənilərin genosidə məruz qalması məsələsində ziddiyyətlər var”

“1915-ci ildə ermənilərin genosidə məruz qalması ilə bağlı ziddiyyətli məqamlar var”. APA-nın məlumatına görə, bunu bu gün “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda Bakıda beynəlxalq konfrans çərçivəsində keçirilən “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində “Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” mövzusunda paneldə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ermənilərin 1915-ci ildə …

Read More »

Rusiya ABŞ-a nota verdi

Rəsmi Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılması ilə bağlı qarşı tərəfə nota təqdim edib. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu qərarı qəbuledilməzdir.  “Bizim diplomatları qorxutmaq cəhdləri mövcuddur. Nəzərə almaq lazımdır ki, diplomatlarımız daxili siyasi şərait ilə yaxından tanış olmaq üçün Vyana konvensiyasının müddəalarına …

Read More »

Sumqayıtda taksi piyadanı vuraraq öldürüb

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 7-də saat 19:00 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Elnur Abdullayev idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Hüseynxan Şahsuvarovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

“Azərpoçt”un baş direktoru: “Noyabrın 20-dən sonra bütün rayonlara dekoderlər göndəriləcək”

“Bakı və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra yardımçı tədbir kimi “Azərpoçt”un filiallarında dekoderin satışı təşkil edilib. Həmin dekoderlər ticarət güzəşti əsasında distribütorlar tərəfindən “Azərpoçt”a təqdim edilən qiymətə satılır”. Bunu “Report”a açıqlamasında “Azərpoçt” MMC-nin baş direktor vəzifəsini icra edən Sübhan Kazımov deyib. O bildirib ki, konfiqurasiyasından asılı olaraq müxtəlif modellər 35 manatadək satılır: “Dekoderləri distribütorlardan aldığımız qiymətə satırıq. Bildiyiniz …

Read More »

“Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçiriləcək

DAK icra aparatından boyukmillet.com-a verilən məlumata əsasən Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə Yaxın Şərqdə gedən müharibə prosesi və türkmənlərə qarşı aparılan soyqırım ətrafında müzakirələr aparılacaq. DAK-ın təşəbbüsü ilə keçiriləcək dəyirmi masaya tanınmış ictimai-siyasi xadimlər, tarixçi alimlər və media nümayəndələri dəvət olunub. Tədbir 11 noyabr 2016-cı il tarixində, saat 14:00-da …

Read More »

Yaponiyanın “Nikkey” qəzetində Azərbaycanın Dövlət Müstəqilliyi Günü barədə məqalə dərc edilib

Yaponiyanın əsasən iqtisadi dairələri arasında populyarlığı ilə seçilən “Nikkey” qəzetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan məqalə dərc edilib. “Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümünü qeyd edir” adlı məqalədə müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilir. Bu Cümhuriyyətin müsəlman dünyasında ilk demokratik dövlət olduğu vurğulanır. Müasir Azərbaycan dövlətinin siyasi, sosial, …

Read More »

Prezident “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişikliklərin tətbiqinə dair sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 11-1-ci və 11-2-ci maddələr əlavə edilir: “Maddə 11-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə 11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən …

Read More »

Azərbaycan və Koreya arasında e-hökumət üzrə əməkdaşlıq memorandumu təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında e-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında 2016-cı il avqustun 19-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb. APA-nın məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə …

Read More »

Erməni yazıçı Vahe Avetyan Xocalı abidəsini ziyarət edib

Azərbaycana Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Xocalı abidəsini ziyarət edib. APA-nın xəbərinə görə, ötən il təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçmış Vaan Martirosyan da onun yanında olub.Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyan ötən gün Bakıya gəlib. O, mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə …

Read More »