Bazar ertəsi , 4 Dekabr 2023

Rusiya ABŞ-a nota verdi

Rəsmi Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılması ilə bağlı qarşı tərəfə nota təqdim edib.

Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu qərarı qəbuledilməzdir. 

“Bizim diplomatları qorxutmaq cəhdləri mövcuddur. Nəzərə almaq lazımdır ki, diplomatlarımız daxili siyasi şərait ilə yaxından tanış olmaq üçün Vyana konvensiyasının müddəalarına tam uyğun olaraq diplomatik funksiya yerinə yetirirlər”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti nota təqdim edərək rusiyalı diplomatlara özbaşına seçki məntəqələrinə yaxınlaşmamalarını tövsiyə edib.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir