Bazar ertəsi , 1 İyul 2024

Yearly Archives: 2017

Ərdoğan: “Bərzani özünü oda atıb”

“İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil”. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polis Akademiyasının buraxılış mərasimində deyib. O bildirib ki, Şimali İraq bölgəsinin rəhbərliyi lazımsız müstəqillik təşəbbüsü ilə özünü oda atıb: “Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət deyil. Kim sənin müstəqilliyini qəbul edəcək? Otur, …

Read More »

Deputat: “10 nəfəri Həcc ziyarətinə göndərmək əvəzinə iki qız tələbə oxutsunlar”

“Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir”. “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər …

Read More »

Xəstəxanalar pullu olacaq: NAZİRLİK

Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək. APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Onun sözlərinə görə, bu layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir: «Bilirik ki, həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri …

Read More »

İCRA BAŞÇISI SEPARATÇI MƏMURDAN NİYƏ QORXUR?

“Aqil Nəzərli lazımi ölçü götürüləcəyini demişdi, amma belə bir şey yoxdur” “Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam”. Bunu “Report”a Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib. Şöbə müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: “Qaçqın rayonuq, hər kəsin öz işi var. Məsəlçün bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi …

Read More »

“Dövlət QHT-lərin inkişafı üçün hər cür şərait yaradıb”

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şirvan şəhərində regional konfransda iştirak edib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şirvan şəhərində keçirilən “QHT-hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” adlı regional konfransda iştirak edib. V.Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, …

Read More »

Sabir Rüstəmxanlının imza günü keçiriləcək – Beynəlxalq Kitab Yarmarkasında

Sabah Xalq şairi Sabir Rüstəmxanlının imza günü keçiriləcək.   Boyukmillet.com xəbər verir ki, imza günü Əl Oyunları sarayında keçirilən V Beynəlxalq Kitab-Sərgi Yarmarkasında baş tutacaq. Şair Yarmarkada “Qanun” nəşriyyatı bölməsində “Akademikin son əsəri” kitabını imzalayacaq.    Qeyd edək ki, “Akademikin son əsəri” kitabı iyun ayında çapdan çıxıb. Roman Azərbaycan türklərinin üzləşdiyi yeni fiziki və mənəvi repressiyaya həsr edilib.   Son …

Read More »

İrlandiyada abort qadağası referenduma götürüləcək

Baş nazir Leo Varadkar, etdiyi açıqlamada, gələcək 2 il ərzində aralarında ölkədəki abort qadağasının da olduğu 7 başlıqda referendum keçiriləcəyini bildirib. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya konstitusiyası aborta yalnız ananın həyatının təhlükədə olması halında icazə verir. Konstitusiya, abortu təcavüz, yaxın qohumu ilə evlənən kimi hallarda da qadağan edir. Avropa Birliyi üzvü İrlandiyada abort maddəsi, ananın həyatının təhlükədə olduğu …

Read More »

Venesuelada müxalifət hakimiyyətlə dialoqdan imtina edib

Venesuela müxalifəti hakimiyyətlə sentyabrın 27-nə Dominikan Respublikasında planlaşdırılan dialoqun yeni mərhələsində iştirak etməkdən imtina edib. Boyukmillet.com-ın məlumatına görə, müxalifət liderlərindən biri olan Luis Florido bildirib ki:  “Biz məsuliyyəti öz üzərimizə götürürük. Dominikan Respublikasında prosesi davam etdirmək üçün heç bir zəmin yoxdur”, – deyə Florido Karakasda mətbuat konfransında bildirib.  Onun sözlərinə görə, hökumət dialoqun davam etdirilməsi üçün şərtlərdən heç birini icra …

Read More »

ABŞ-dan Şimali Koreyaya yeni sanksiyalar

Xəzinə Nazirliyi, 8 Şimali Koreya bankı və əksəriyyətlə xaricdə Pyongyang rəhbərliyi adından maliyyə əməliyyatlar aparan 26 Şimali Koreya vətəndaşını sanksiya siyahısına aldı. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın 8 Şimali Koreya bankı və əksəriyyətlə xaricdə Pyongyang rəhbərliyi adından maliyyə əməliyyatlar aparan 26 Şimali Koreya vətəndaşının sanksiya siyahısına əlavə olunduğu bildirilib. Xəzinə Nazirliyindən edilən açıqlamada, 8 Şimali Koreya bankının və …

Read More »

Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da keçiriləcək

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın tanınmış alimi mərhum Lütfi Zadə ilə vida mərasimi keçiriləcək. Bu barədə Trend-ə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. Vida mərasimində respublikanın tanınmış siyasi və ictimai xadimləri, elm nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.

Read More »