Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

İrlandiyada abort qadağası referenduma götürüləcək

Baş nazir Leo Varadkar, etdiyi açıqlamada, gələcək 2 il ərzində aralarında ölkədəki abort qadağasının da olduğu 7 başlıqda referendum keçiriləcəyini bildirib.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, İrlandiya konstitusiyası aborta yalnız ananın həyatının təhlükədə olması halında icazə verir. Konstitusiya, abortu təcavüz, yaxın qohumu ilə evlənən kimi hallarda da qadağan edir.

Avropa Birliyi üzvü İrlandiyada abort maddəsi, ananın həyatının təhlükədə olduğu hallarda əməliyyata icazə verəcək şəkildə 2013-də dəyişdirilmişdi. Maddənin qaldırılmasına qarşı çıxanlar, uşağın həyatının da ana qədər dəyərli olduğunu müdafiə edir.

Mövcud qanunlara görə icazə verilən hallar xaricində abort etdirən qadın 14 ilə qədər həbs cəzası ala bilər. Bununla yanaşı, qanun, qadınlara abort etdirmək üçün yurd xaricinə getmək icazəsi də verir.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir