Çərşənbə axşamı , 7 Fevral 2023

ABŞ-dan Şimali Koreyaya yeni sanksiyalar

Xəzinə Nazirliyi, 8 Şimali Koreya bankı və əksəriyyətlə xaricdə Pyongyang rəhbərliyi adından maliyyə əməliyyatlar aparan 26 Şimali Koreya vətəndaşını sanksiya siyahısına aldı.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın 8 Şimali Koreya bankı və əksəriyyətlə xaricdə Pyongyang rəhbərliyi adından maliyyə əməliyyatlar aparan 26 Şimali Koreya vətəndaşının sanksiya siyahısına əlavə olunduğu bildirilib.

Xəzinə Nazirliyindən edilən açıqlamada, 8 Şimali Koreya bankının və Rusiya, Çin, Liviya ilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şimali Koreya maliyyə sisteminə töhfə verən və proseslər yerinə yetirən 26 Şimali Koreya vətəndaşının sanksiya siyahısına alındığı bildirildi. Nazirlik, Amerika vətəndaşlarının və təşkilatlarının bu insan və təşkilatlarla hər hansı bir maliyyə əməliyyat etməsinin qadağan olunduğunu qeyd edib.

Sözügedən bankların, Şimali Koreyanın nüvə silahı proqramına töhfə vermək üçün istifadə edildiyi irəli sürülən açıqlamada, Xəzinə Naziri Stiven Mnuchinin, “Biz Şimali Koreya banklarını və dünyada Şimali Koreya banklarının nümayəndələri kimi hərəkət edən maliyyə havadarlarını hədəf götürürük. Bu sanksiyalar Koreya yarımadasını sülh və nüvədən təmizlənmiş bir yer halına gətirmək üçündür”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təhlükəsizlik Şurası da (BMGK) keçən həftə Pyongyang rəhbərliyinə bir sıra sanksiya tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsini səs birliyi ilə qəbul etmişdi.

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir