Çərşənbə , 26 İyun 2024

Yearly Archives: 2017

Üzeyir Hacıbəylinin Şuşada yox, Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ

Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum tarixidir. Ü.Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə doğulub. Kənd mirzəsi ailəsində doğulan Üzeyirin iki qardaşı, iki bacısı da olub. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan …

Read More »

Şeyxin qudası Hacı Qalibin oğlu həbs edildi

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib. Boyukmillet.com-ın əldə etdiyi məlumata görə, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Məsələni dəqiqləşdirmək üçün Qalib Salahzadə ilə əlaqə saxladıq. O, “Ölkə.Az”-a açıqlamasında xəbərin doğru olduğunu bildirdi: “Bəli, …

Read More »

Allahşükür Paşazadənin oğlu ölkəni birdəfəlik tərk edib? – QMİ-dən açıqlama

“Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti olaraq bildiririk ki, son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, idarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini …

Read More »

“Turan” agentliyinin dondurulmuş bank hesabları açılıb

Vergilər Nazirliyi “Turan” agentliyinə qarşı vergi borcunu ötən həftə ləğv etdikdən sonra agentliyin bank hesabları sentyabrın 18-də açılıb. Bu barədə Turan agentliyi məlumat yayıb. Eyni zamanda, agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir. Beləliklə, agentliyin normal işinin təmin edən şərait hələ ki, yaradılmayıb. Xatırladaq ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda “Turan” agentliyinə …

Read More »

“Nuri paşaya vəfa borcumuz var”

Qüdrət Həsənquliyev və Fazil Mustafa Niri paşanın abidəsinə yer ayrılması baş nazir Artur Rasi-zadəyə müraciət etdilər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya Bakı şəhərində abidə ücaldılması məqsədi ilə müvafiq yerin ayrılması üçün Azərbaycan Respublikasının baş naziriArtur Rasi-zadəyə müraciət ediblər. …

Read More »

“Hər icra başçısı özünü qanun kimi aparır”

Etibar Məmmədov: “Xanlıqlar dövründə də vəziyyət eyniylə belə idi” “Bu gün hər icra başçısı özünü qanun kimi aparır”.   Boyukmillet.com xəbər verir ki, bunu AZDP sədri Sülhəddin Əkbərin “Qanun” nəşriyyatında reallaşan kitab təqdimatında iştirak edən AMİP lideri Etibar Məmmədov bildirib. E.Məmmədov eyniylə xanlıqlar dövründə də oxşar vəziyyətin hökm sürdüyünə diqqət çəkib:   “Azərbaycanda xanlıqlar dövrü və həmin dövrdə baş verənlərlə bağlı …

Read More »

DAK bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi İdarə heyəti İraqın şimalında keçiriləcək referendumla bağlı etiraz bəyanatı yayıb. Boyukmillet.com həmin bəyanatı təqdim edir: Məlum olduğu kimi bu ilin aprel ayının 25-də İraq Kürd Muxtariyyətı və Türkmən vilayətini əhatə edən bölgədə referendum keçirilməsi haqqında qərar qəbul edilib. Kərkük Vilayət Məclisinin türkmən və ərəblərin boykot etdiyi iclasında birtərəfli şəkildə referendum qərarının qəbulu İraq əhalisinin, xüsusilə də türkmənlərin …

Read More »

“Türklər vətən demədən vətəni qoruyub, tarix yazmadan tarix yaradıblar”

Sabir Rüstəmxanlı: “Tariximizi başqalarının yazmasının ağrısını bu gün də hiss edirik” “Türklər vətən demədən vətəni qoruyub, tarix yazmadan tarix yaradıblar”. Boyukmillet.com xəbər verir ki, bunu sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib. S.Rütəmxanlının sözlərinə görə, türkün yetərincə tarix yazmamasının ağrıları bu gün də  hiss olunur: “Türkün necə bir tarix yaratdığı, bu tarixə öz qəhrəmanlığı ilə necə bir imza atdığı bizə …

Read More »

Tramp: “Terrordan qorunmaq üçün internet kəsilməlidir”

Boyukmillet.com-ın xəbərinə görə, bunu ABŞ dövlət başçısı Donald Tramp şəxsi “Twitter” səhifəsində yazıb. D.Tramp internetin terrorçuların əlində əsas alət olduğunu qeyd edib. O bildirib ki, internet terrorçuların əsas məlumat bazası olduğuna görə, internet ya kəsilməli, ya da ondan daha səmərəli istifadə edilməlidir. Bu gün London metrosunda törədilən partlayışa da münasibət bildirən dövlət başçısı bildirib ki, terrorçular xəstə adamlardır. Qeyd edək …

Read More »

VHP 25 illiyini qeyd edəcək

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayının vaxtı məlum olub. VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli APA-ya açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurasının toplantısında VHP-nin qurultayının noyabrın 24-nə təyin edilməsi haqqında qərar verilib. Bununla bağlı Ali Məclisin sessiyası çağırılıb. S. Əsədli qeyd edib ki, sentyabrın 26-da isə partiyanın yaranmasın 25 illiyi qeyd ediləcək.

Read More »