Çərşənbə axşamı , 22 Oktyabr 2024
Drone Cameras

DAK bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi İdarə heyəti İraqın şimalında keçiriləcək referendumla bağlı etiraz bəyanatı yayıb.

Boyukmillet.com həmin bəyanatı təqdim edir:

Məlum olduğu kimi bu ilin aprel ayının 25-də İraq Kürd Muxtariyyətı və Türkmən vilayətini əhatə edən bölgədə referendum keçirilməsi haqqında qərar qəbul edilib. Kərkük Vilayət Məclisinin türkmən və ərəblərin boykot etdiyi iclasında birtərəfli şəkildə referendum qərarının qəbulu İraq əhalisinin, xüsusilə də türkmənlərin böyük etirazına səbəb olub. Hər gün artmaqda olan xalq etirazının İraqda vətəndaş müharibəsinə səbəb ola biləcəyi ehtimalı yaradır. İraqın ərazi bütövlüyünə zidd və İraq anayasasında Kərkükün statusuna dair prosesin müvafiq müddəalarında göstərilənlərə məhəl qoymayaraq belə bir referendumun keçirilməsi türkmən əhalisinin hüquqlarının pozulması deməkdir. Türkmən siyasi partiyaları və ictimai təşkilatların, bütövlükdə türkmən xalqının qarşı çıxdığı referendum yolverilməzdir və heç bir halda legitim sayıla bilməz. Bu gün Kərkük Vilayətinin əsas ehtiyacı sülh və əminamanlıqdır. İraqın parçalanması hesabına yeni bir  oyuncağ dövlətin qurulması bölgədə uzunmüddətli müharibənin əsasını qoya bilər.

Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq İraqın ərazi bötüvlüyünü hədəf alan və Kərkük Türkmən yurdunun zəbtinə hesablanmış referendum oyununu kəskin surətdə pisləyirik. DAK olaraq İraqın torpaq bütövlüyünün qorunmasına və burada yaşayan bütün xalqların sülh və qardaşlıq içərisində yaşamasını istəyirik. Dünyanın bütün aparıcı dövlətlərinə və təşkilatlarına çağırış edərək, beynəlxalq qanunları heçə sayaraq növbəti müharibə alovunu qıcıqlandıracaq, bölgənin köklü əhalisi olan İraq Türkmən xalqının hüquqlarının tapdalanmasına səbəb olacaq 25 sentyabr referendumunun qarşısının alınmasını tələb edirik.

Boyukmillet.com

Check Also

Ramiz Mehdiyevin AMEA rəhbərliyi dövrü ilə bağlı cinayət işi başlandı

Külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi müəyyən edilib Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir