Cümə , 5 İyul 2024

Yearly Archives: 2017

ABŞ-dan Ermənistana hədə kimi ismarış: “Donorunu dəyişməsən!..”

İşğalçı ölkə iki qlobal gücün məngənəsində ; İrəvan üçün dilemma: təcavüzkar Kremlə “badalaq” gəlib Vaşinqtonu seçə bilərmi; amerikalı tanınmış politoloq: “ABŞ zaman keçdikcə Ermənistana işğalçı Rusiyanın müttəfiqi kimi baxmağa başlayacaq” – Bakı üçün nikbin gözlənti…  Ötən saylarımızda yazdığımız kimi, Rusiyanın ABŞ tərəfindən yeni və daha sərt sanksiyalarla sıxışdırılmağa başlaması Ermənistanı da təlaşlandırmağa başlayıb. Doğrudur, sanksiyalar birbaşa İrəvana qarşı yönəlməyib. Ancaq …

Read More »

Sanksiyalardan sonra Konqres Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır – Təhlükəli durum

ABŞ orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi haqqında müqviləni ləğv etmək istəyir Putin ilə yaxınlaşmağa cəhd edən ABŞ prezidentindən fərqli olaraq ölkənin qanunverici qanadı Rusiyaya qarşı mövqeyini hər an sərtləşdirməyə davam edir. Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, sanksiyalardan sonra növbəti hədəf Rusiya ilə imzalanan “Orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi” haqqında müqavilə ola bilər. Həm Nümayəndələr …

Read More »

Bakı Şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu

Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan …

Read More »

Burcanadze Saakaşvilini ittiham edi: “Müharibəni o, başlatdı”

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze “Russia Today” kanalına 8 avqust 2008-ci ildə baş verən Cənubi Osetiya hadisələri haqda danışıb. Boyukmillet.com xəbər verir ki, o, regionda Cənubi Osetiyada başlayan müharibənin məsuliyyətini sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin üzərinə qoyub. “Müharibəni Saakaşvili başladı. Bu faciəvi hadisələrlə bağlı məsuliyyəti ilk növbədə onun üzərinə düşür. Bütün mətbuat nümayəndələri məni Gürcüstanın düşməni elan etdilər. AB komissiyasının …

Read More »

Əli Həsənovun qatil nəvəsi Nail Allahverdiyev həbs edildi – ilginc detallar

Dəhşətli qəzanı törədən deputat nəvəsi ilə yarışan sürücü də həbs olundu;  Fazil Mustafa: “Faktdır ki, vəzifəli, imkanlı şəxslərin içərisində bir çoxları uşaqlarına nəzarəti itirib” Bir neçə gündür ki, avqustun 3-də Heydər Əliyev Prospektində iki nəfərin ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olan ağır avtomobil qəzası ictimaiyyətin müzakirəsindədir. Məsələni aktual edən səbəblərdən biri hadisəni törədən şəxsin baş nazirin müavini, “Qaçqınkom”un sədri …

Read More »

Prezidentdən “İçərişəhər”lə bağlı fərman

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). 2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (bundan sonra – İdarə) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 2.1. Azərbaycan Respublikasının Prezidentinə: 2.1.1. nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi; 2.1.2. İdarə Heyəti sədrinin …

Read More »

“Kürü, Xəzəri torda saxlamaq olmaz…”

“Kürü, Xəzəri torda saxlamaq olmaz…” – Sabir Rüstəmxanlı qayıqla riskli səyahətindən YAZDI Xəbər verdiyimiz kimi, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Kür çayı boyunca səyahətə çıxıb. O, Neftçaladan Mingəçevirə qədər davam edən və qayıqla gerçəkləşən səyahət zamanı müşahidələrini qələmə alıb. BakuPost.az səfər prosesi ilə yanaşı, ölkədəki bir çox problemlərə toxunulan geniş məzmunlu həmin yazını təqdim edir: KÜRÜ TANIMAQ İSTƏYİM …

Read More »

Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. “Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu …

Read More »

Moskvada azərbaycanlılarla çeçenlər arasında dava – ölən və yaralananlar var – VİDEO

Moskva vilayətinin Zelenoqrad inzibati dairəsində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb. Toqquşma nəticəsində üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib. Məlumata görə, münaqişə məişət zəminində yaşanıb. Qarşıdurmadan sonra hadisə yerindən uzaqlaşan azərbaycanlılar çox keçmədən polis tərəfindən saxlanılıb. Avtomobildə 27-32 …

Read More »

Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəzayla bağlı açıqlama: “Əminik ki…”

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin avqustun 3-də qəza törətməsi nəticəsində 2 nəfər Türkiyə vətəndaşının yaralanması məsələsinə münasibət bildirib. Türkiyə XİN-in rəsmisi H.Müftüoğlu ölkə.az-a açıqlamasında deyib ki, sözügedən hadisədə Türkiyə vətəndaşlarının da həlak olması və yaralanması ilə bağlı səfirliyə …

Read More »