Şənbə , 27 Aprel 2024
Drone Cameras

Sanksiyalardan sonra Konqres Rusiyaya daha bir zərbə vurmağa hazırlaşır – Təhlükəli durum

ABŞ orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi haqqında müqviləni ləğv etmək istəyir

Putin ilə yaxınlaşmağa cəhd edən ABŞ prezidentindən fərqli olaraq ölkənin qanunverici qanadı Rusiyaya qarşı mövqeyini hər an sərtləşdirməyə davam edir.

Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, sanksiyalardan sonra növbəti hədəf Rusiya ilə imzalanan “Orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi” haqqında müqavilə ola bilər.

Həm Nümayəndələr palatası, həm də Senatda hazırlanan müdafiə xərcləri ilə bağlı qanun layihələrində hərbçilərdən orta mənzilli raketlərin işlənib hazırlanması tələb olunur. Bu tip raketlər 1987-ci ildə Ronald Reyqan və Mixail Qorbaçov arasında imzalanan müqavilə ilə qadağan olunub.

“Layhənin tərəfdarları bunun zəruri olduğu düşüncəsindədirlər. Onların fikrincə, Vladimir Putin artıq sözügedən paktın maddələrini pozub. Lakin bu təşəbbüsə qarşı çıxanlar iki ölkə arasında onsuz da bərbad olan münasibətləri daha pisləşdirəcəyini, dünyada nüvə konfrontasiyası riskinin artıracağını vurğulayırlar”, – Politico.com saytından Brayan Bender yazır.

Ağ Evin inzibati-büdcə idarəsi də Nümayəndələr palatasını belə bir təşəbbüs irəli sürməsinə görə qınamaqda gecikməyib.

Maraqlıdır ki, Trampın bu məsələdə ən böyük dəstəkçisi onun Senatdakı əsas müxalifi sayılan demokratlardır. Onlardan biri, 1988-ci ildə OKMR-in ratifikasiyasına səs verən senator Patrik Lixidir. (Vermont ştatı-red.)

“Bu gün belə bir müqavilənin ləğvi təxmin edilməyən nəticələrə gətirib çıxara bilər”, – Lixi politico-ya verdiyi müsahibədə narahatlığını ifadə edib.

Nüməyəndələr palatası tərəfindən hazırlanmaqda olan sənəddə yerüstü bazalarda yerləşən raketlərin yaradılmasnı nəzərdə tutan müddəalar yer alıb. Bunun üçün hərbçilərə əlavə olaraq 65 milyon dollar pul ayrılması gündəmdədir.

Konqresmenlərin fikrincə, Moskva artıq çoxdan bu tip raketlərin hazırlanmasına girişib (“İskəndər-M”, “Kalibr” tipli operativ-taktiki raketlər) və hətta onları müharibədə (Suriyada) tətbiq edib.

Moskva isə öz növbəsində ABŞ-ın Rumıniyada yerləşdirdiyi MK-41 raket əleyhinə buraxılış sistemlərinin əslində zərbə xarakteri daşıdığını önə sürərək ABŞ-ı müqavilənin müddəlarını pozmaqda ittiham edir.

Bundan başqa, Rusiya ABŞ-ın zərbə endirə bilən pilotsuz uçan aparatlarının OKMR haqqında müqavilənin məzmununa zidd olduğunu bildirir.
Eskpertlər vəziyyətin təhlükəli səviyyəyə gəlib çatdığı barədə xəbərdarlıq edirlər.

Onların fikrincə, məsələ ilə bağlı ikitərəfli kompromisin əldə olunması vacibdir.

“Hər iki tərəf indi bir-birini ittiham etməklə məşğuldur. Yalnız ikitərəfli təftiş sisteminin qurulması bütün narahatlıqları aradan götürə bilər”, – Karnegi fondunun nüvə siyasəti üzrə proqramının rəhbəri Ceyms Ekton qeyd edir.

Lakin ekspert bu məsədə bədbinliyini gizlətmir:

“Rusiya öz tərəfindən müqavilənin pozulduğu faktını etiraf etmək istəmir. Bu isə istənilən razılaşmanın əldə olunmasını mümkünsüz edir. Heç ABŞ tərəfinin də rusları Avropada yerləşdirdiyi raket əleyhinə MK-41 buraxılış sistemlərinin olduğu obyektlərə buraxmaq fikri yoxdur”.

Qərb mətbuatının rəyinə əsasən, əslində bu məsələdə Rusiya daha çox narahat olmalıdır. Çünki müqavilənin ləğv olunması halında Moskvanın kiçik və orta mənzilli raketlərin istehsalında ABŞ-la yarışa girməyə taqəti, daha doğrusu, pulu yoxdur.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir