Bazar , 2 İyun 2024

Yearly Archives: 2017

Artur Rasi-zadənin köməkçilərinin sayı 7-dən 3-ə endirilib

Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb. Bununla bağlı Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib. Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. …

Read More »

Fələstin prezidenti: “Qüds Fələstinin paytaxtı olacaq”

 “ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”. Bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısında bildirib.  “O, bununla özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Böyük Britaniya belə ABŞ-ın yanında yer almayıb”, – o vurğulayıb.  M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırkı …

Read More »

Ramil Usubov Milli Qəhrəmanın oğlunu işə götürdü – FOTO

Məhbus qiyamının yatırılması zamanı həlak olan polis kapitanı Gündüz Abdullayevin ailəsinin müraciətinə müsbət cavab verilib. Boyukmillet.com xəbər verir ki, kapitanın həyat yoldaşı Ulduz Abdullayevanın Femida.az -a verdiyi məlumata görə, oğlu Xəyyam Abdullayev yenidən Daxili Qoşunlara işə bərpa olunub: “Sizin saytınıza keçən dəfə yoldaşımla bağlı verdiyim müsahibədə cənab nazir Ramil Usubovdan oğlumun yenidən polisə bərpa olunmasını xahiş etmişdim. Cənab nazir hər zamankı …

Read More »

Fədayə Laçın “hepatit c” xəstəsidir, həbsdə qalması təhlükəlidir

Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə vəkil Türkel Süleymanlı deyib. O bildirib ki, F.Laçın “hepatit c” xəstəsidir: “Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və …

Read More »

Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub

2018-ci ilin iyununda Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Prezident İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin dekabrın 13-də ilk iclası keçirilib. İclası açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov dövlətimizin başçısının Sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının …

Read More »

İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır

İsrail müxalifəti parlamentə erməni soyqırımını tanımağı nəzərdə tutan qanun layihəsi təqdim edəcək. Boyukmillet.com axar.az-a istinadən xəbər verir ki, İsrailin Yeş Atid Partiyasının sədri, keçmiş maliyyə naziri Yair Lapid Türkiyəyə qarşı addımlar atılmasını tələb edib. Lapid ikitərəfli münasibətləri düzəltmək üçün ötən il Türkiyə ilə İsrail arasında imzalanan anlaşmanın diplomatik xəta olduğunu bildirib. O, həmçinin parlamentə erməni soyqırımı ilə bağlı qanun layihəsi …

Read More »

Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı – təfərrüat

Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu; həbs təhlükəsi ilə üzləşən icra başçısı Alimpaşa Məmmədovu şikayətçiləri şəxsən qəbul etməyə vadar edən səbəblər… Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında qalmaqallı proseslər davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının …

Read More »

İçərişəhərdə “H.E.Art” adlı rəsm sərgisi açılıb

Dekabrın 13-də İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “H.E.Art” adlı rəsm sərgisi açılıb. İsveçrə və onun təbiətinə həsr edilən sərgi bu ölkənin Azərbaycandakı səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşıb. “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov layihə haqqında qonaqlara məlumat verib. O, qeyd edib ki, bu layihədə Amerika, İngiltərə və Azərbaycanı təmsil edən rəssamlar iştirak edir: “Bu, …

Read More »

Məleykə Abbaszadə: “Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir”

“Ötən dövr ərzində Dövlət İmtahan Mərkəzi geniş elmi-metodoloji və texniki potensiala yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradılıb”. Boyukmillet.com report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu sistem nə qədər möhkəmlənibsə, onun faydalılığı və effektivliyi də bir o qədər artıb, nə qədər təkmilləşibsə, cəmiyyətdəki nüfuzu …

Read More »

Azərbaycan, Türkiyə və Avstriya Avropa ilə Çin arasında dəmir yolunu inkişaf etdirəcək

Azərbaycan, Türkiyə və Avstriya Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini inkişaf etdirəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-də “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yükdaşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş …

Read More »