Şənbə , 15 Mart 2025
Drone Cameras

Fədayə Laçın “hepatit c” xəstəsidir, həbsdə qalması təhlükəlidir

Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə vəkil Türkel Süleymanlı deyib.

O bildirib ki, F.Laçın “hepatit c” xəstəsidir: “Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb. O, nə istintaqdan yayınan deyil, nə də istintaqa təsir edə bilməz”.

Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

 

Boyukmillet.com

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir