Şənbə , 27 Aprel 2024
Drone Cameras

İçərişəhərdə “H.E.Art” adlı rəsm sərgisi açılıb

Dekabrın 13-də İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “H.E.Art” adlı rəsm sərgisi açılıb.

İsveçrə və onun təbiətinə həsr edilən sərgi bu ölkənin Azərbaycandakı səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşıb.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov layihə haqqında qonaqlara məlumat verib. O, qeyd edib ki, bu layihədə Amerika, İngiltərə və Azərbaycanı təmsil edən rəssamlar iştirak edir: “Bu, ekoloji layihədir. Rəssamlar işlənmiş neft barelləri üzərində maraqlı və əsrarəngiz sənət əsərləri yaradırlar. Sonra həmin çəlləklərin içərisinə ağac əkərək sərgiləməklə yanaşı, şəhərimizin yaşıllaşmasına töhfə verəcəyik”.

Tədbirdə iştirak edən İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder layihənin önəmindən danışıb. Qeyd edilib ki, layihənin bir əhəmiyyəti də azərbaycanlı və isveçrəli rəssamların əməkdaşlıq etməsidir: “Bakı neft paytaxtıdır. Layihə iki il ərzində dəstək verdiyim ilk rəsm layihəsidir”.

Qeyd edək ki, sərgi gələn il yanvarın 10-dək ziyarətçilər üçün açıq qalacaq. (azertac)

 

boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir