Cümə , 5 İyul 2024

Yearly Archives: 2017

Rusiyanın NATO sərhədlərində keçirəcəyi hərbi təlimlərin təhlükəlilik dərəcəsi artır

Qərb rus qoşunlarının təlimlərdən sonra Belarusda qalaraq Baltikyanı ölkələrə daimi təhdid törədəcəyinə əmindir Xəbər verdiyimiz kimi, Rusiya yayın sonlarında NATO-nun şərq sərhədlərinə 100 minlik ordu göndərməyi planlayır. “Hələ ki, bu, prezident Vladimir Putin tərəfindən soyuq müharibənin bədnam günlərini xatırladan böyük addımlarından biridir”, – “The New York Times” qəzeti yazır. Maykl Qordon və Erik Şmittin birgə müəllif olduğu yazıda təlimlərin diqqət …

Read More »

Naxçıvan DİN rəhbərinin “vurulması”nın mübhəmləri açılır

Əhməd Əhmədovun barəsində Bakıya göndərilən gizli dosyedə nələr olub? Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun işdən çıxarılması ilə bağlı müzakirələr səngimir. Mətbuatda sabiq nazirin vəzifədən çıxarılandan sonra istintaqa cəlb edilməsindən tutmuş onun Bakıda yüksək vəzifəyə gətiriləcəyinə qədər xeyli məlumatlar yer alıb. Kim idi Əhməd Əhmədov və nazir vəzifəsinə nə vaxt təyin ounmuşdu? DİN-in saytında yer alan məlumatda …

Read More »

Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, biri də Qarabağ…

Böyük güclərin bir-birinə əzələ nümayişi – kritik gəlişmə; Vitse-prezident Maykl Pensin Tiflisdən verdiyi hədələyici bəyanatdan bir həftə sonra Rusiya prezidenti işğal altındakı Abxaziyaya gedəcək; Kreml başçısının “dal qapı”dan Gürcüstana girməsi Bakıya da mesajdır?.. ABŞ-Rusiya münasibətlərində kritik gərginlik artan xətlə davam edir. Ancaq belə görünür ki, gərginlik hələlik pik həddinə çatmayıb. Bunu tərəflərin davranışlarından da sezmək mümkündür. ABŞ-ın vitse-prezidenti Maykl Pensin …

Read More »

Etibar Əliyev: “İnsanların güzəranını nəzərə almadan təhsil haqlarını qaldırırlar”

Firudin Cəlilov: “Tələbələr üçün kredit üsulu tətbiq edilsə, heç kim təhsildən kənarda qalmaz” Hər il sırf maddi çətinliyə görə təhsildən kənarda qalan kifayət qədər tələbə adını qazanmış gənclər olur. 662 bal toplayan Zərdab rayonunun Yarməmmədbağı kənd sakini Aytən Şirinova kimi. Tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığına görə o, təhsildən kənarda qala bilər. Təəssüf ki, …

Read More »

“Kurtlar Vadisi Vatan”ın treyleri təqdim olundu – VİDEO

“Pana Film”in yeni layihəsi olan “Kurtlar Vadisi Vatan”ın treylerinin təqdimatı olub. “Qaynarinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Necati Şaşmazın baş rolunu canlandırdığı və uzun illər serial olaraq çəkilən, həmçinin 4 ayrı filmi ilə ekranlara çıxan “Kurtlar Vadisi” seriyasının yeni filminin fraqmanının təqdimatında maraqlı anlar yaşanıb. Təqdimat zamanı mətbuata açıqlama verən Necati Şaşmaz Türkiyədə ilk dəfə bir filmin treyleri üçün …

Read More »

Ermənistandakı əsir türk qadınlarını qurtarın! – Niderland Avrasiya Fondundan çağırış

Niderland Avrasiya Fondu 1992-ci ildə başlayan Azərbaycan-Ermənistan müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən 2700 qarabağlı Azərbaycan türk qadınının qurtarılması üçün fəaliyyətə başlayıb. Fondun rəhbəri Fatma Aktaş əsir qadınların azad olunması ilə bağlı mövzunu gündəmə gətirmək üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ictimaiyyətə ünvanlanmış çağırışda bildirilir ki, rus orsusunun da dəstəyi ilə erməni separatçı qüvvələrin əzəli …

Read More »

İran Ermenistanla sərhədyanı əməkdaşlığ təsdiqlədi – Parlamentdən qərar

İran İslami Şura Məclisi (parlament) İslam Respublikası ilə Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqləyib. Bunu deputat Zəhra Saey bildirib. Onun sözlərinə görə, razılaşma sərhədlərin qonşularla birgə idarə edilməsi planının bir hissəsi olub, Norduz sərhədyanı terminalına da daxildir: “Bu, İranın ticarət balansının dəstəklənməsinə yönəlib. Norduz Ermənistanla ümumi yeganə quru sərhədyanı terminaldır”. Deputat qeyd edib ki, rəsmi statistikaya əsasən İran təqvimi ilə …

Read More »

Nəvəsinin müalicəsi üçün dilənən şəhid anasının acı taleyi – FOTOLAR

Musavat.com müvafiq qurumları və imkanlı şəxsləri şəhid anasına dəstək olmağa çağırır Bir neçə gün əvvəl yanından keçəndə tələsdiyimdən sadəcə ona sədəqə verib keçmişdim. Bu günsə günəşin yerə od ələdiyi günortanın vədəsində asfalt üzərində oturmuş bu qocanı söhbətə tutmaqdan vaz keçə bilmədim. “20 Yanvar”dan Qələbə meydanına doğru uzanan magistral yolun kənarında, hasara söykənib oturmuş ağbirçəyin dərdi başından aşır. İnsan ürəyində nə …

Read More »

Prezidentin ailəsində özəl gün

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub.  Bakıda fəaliyyət göstərən və babası, mərhum prezident Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb. 2013-cü ildə MTK-dan məzun ola H.Əliyev qəbul imtahanında 590 bal toplayaraq ADA Universitetinin tələbəsi olub və bu il universitetin məzunu olub. …

Read More »

Partiya sədri həbs edilən milliyyətçi gənclərin müdafiəsinə qalxdı

Milliyyətçi siyasi oriyentasiyası ilə tanınan Böyük Millət Partiyasının sədri Samir Adıgözəlliiyul ayının 31-də Gəncə şəhərində saxlanılan və barələrində 25 sutka inzibati həbs qərarı çıxarılan Müşfiq Vəliyev və İskəndər Osmanlı adlı milliyyətçi gənclərin müdafiəsinə qalxıb. Partiya sədri Azinforum.az-a açıqlamasında bildirib ki, həmin gənclərin fəaliyyətilə maraqlanıb və onların dövlətimiz üçün problem yaradacaq deyil, əksinə, fayda verə biləcək gəncliyin nümayəndələri olduğunu təsbit edib: “Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin …

Read More »