Cümə , 26 Aprel 2024
Drone Cameras

Rusiyanın NATO sərhədlərində keçirəcəyi hərbi təlimlərin təhlükəlilik dərəcəsi artır

Qərb rus qoşunlarının təlimlərdən sonra Belarusda qalaraq Baltikyanı ölkələrə daimi təhdid törədəcəyinə əmindir

Xəbər verdiyimiz kimi, Rusiya yayın sonlarında NATO-nun şərq sərhədlərinə 100 minlik ordu göndərməyi planlayır.

“Hələ ki, bu, prezident Vladimir Putin tərəfindən soyuq müharibənin bədnam günlərini xatırladan böyük addımlarından biridir”, – “The New York Times” qəzeti yazır.

Maykl Qordon və Erik Şmittin birgə müəllif olduğu yazıda təlimlərin diqqət çəkən xüsusiyytlərindən biri kimi bərpa olunmuş tank qoşunlarının iştirakı göstərilib. Həmin qoşunlar Sovet İttifaqının əfsanəvi Birinci Qvardiya tank ordusunun şərəfinə adlandırılıb.

“ABŞ-ın və onun Avropalı müttəfiqlərinin sanksiyaları Rusiyanı nə qədər izolə etsə də, bu, Putinə başının üstnüdə silah fırlatmağa mane olmayıb”, – qəzet qeyd edir.

NATO-nu əsas narahat edən isə rusların bu təlimlərdən istifadə edərək Polşa, Litva və Latviya ilə qonşuluq edən Belarusda hərbi mövcudluğunu gücləndirəcəyidir. “Onların təlimlərdən sonra çıxıb getməyəcəkləri artıq paranoya kimi qəbul olunmur”, ABŞ ordusunun xüsusi əməliyyatlar komandanı, – general Toni Tamas Aspen şəhərində (Kolorado ştatı) keçirilən milli təhlükəsizlik üzrə konfransda qeyd edib.

Məqalədə Moskvanın elitar tank və motorlaşdırlımış diziviziyalarından yenidən təşkil olunan Birinci tank qvardiya ordusunun zəngin tarixə malik olduğu vurğulanıb. Birinci tank qvardiyası 2-ci dünya müharibəsində Berlinin işğalında, habelə 1968-ci ildə Çexoslovakiyaya qarşı həyata keçrilən hərbi müdaxilədə əsas rol oynayıb.

 

1025347792.jpg (151 KB)

 

“Yeni birləşmənin belə adlandırılması təsadüfi deyil. Bu, birbaşa Baltikyanı ölkələrə və Polşaya verilən açıq mesajdır”, – ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Filip Bridlav qəzetə bildirib.

“The Potomac Foundation” araşdırma təşikilatının prezidenti Filip Kraber isə tank birləşməsinin potenisialının indiki anda şişirdilməsinin doğru olmadığını söyləyr. “Lakin əgər bu birləşmə tam olaraq komplekləşdirilə bilsə və Belarusda dislokasiya olunsa Rusiyanın Qərb istiqamətində iri hücum ordularından birinə çevirlə bilər”, – ekspert qeyd edib.

Kraberin firkincə, NATO-nun hazırda qısa müddət ərzində bu cür hücum qarşısında dirənmək, habelə, Baltikyanı ölkələrin və Polşanın müdafiəsini təşkil etməyə qüvvəsi yoxdur. Bu isə Rusiyanın həm Polşaya, həm də Baltkyanı dövlətlərə siyasi təzyiqi gücləndirmək üçün əlavə rıçaq verir. Qərb isə rusların təlimlərdən istifadə edərək Belarusda daimi əsaslarla qalıb, onu tam şəkildə özünə tabe etdirəcəyindən çəkinir. Onların tək ümidi Belarus prezidenti Aleksandr Lukaşenkonun bu məsələyə soyuq münasibət bəsləməsidir.

 

vdv_042016_brest.t.jpg (52 KB)

 

Qərbin narahat olması üçün kifayət qədər əsası var. Təlimlərdə 3 mindən çox tankın, 100 minlik şəxsi heyətin iştirak edəcəyi nəzərə alınsa, NATO dövlətlərinin təşvişi başa düşüləndir.

“İndi NATO generallarını bir sual maraqlandırır, təlimlər bitdikdən sonra Rusiya bütün ordusunu geri çəkəcəkmi? Şəxsən mənim özümü bu məsələ çox maraqlandırır”, – ABŞ-ın Avropada quru qoşunlarının komandanı Ferederik Hocs qəzetə bildirib.

 

ефтл.jpg (12 KB)

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir