Çərşənbə , 26 İyun 2024

Yearly Archives: 2018

Özünü 22-ci mərtəbədən atdı, maşının üstünə düşdü – Bakıda DƏHŞƏT

Bakıda intihar olub. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.     Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.   O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.     Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə …

Read More »

Prezidentdən SOCAR-a qəti tapşırıq

Azərbaycanda hazırda qazlaşdırmanın səviyyəsi 93 faizdir və bu ciddi nailiyyətdir. Çünki ölkənin relyefi nəzərə alınarsa qazlaşdırmanın bu səviyyəyə çatdırılması mürəkkəb işdir. Boyukmillet.com xəbər verir ki, bu barədə prezident İlham Əliyev regionların inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının yekunlarına dair keçirilən konfransda yekun çıxışı zamanı deyib. Prezidentin çıxışını AzTV yayıb. İlham Əliyev bildirib ki, bu il ölkədə qazlaşdırmanın səviyyəsinin 95 faizə …

Read More »

Azay Quliyev prezidentin tapşırığını QHT-lərə çatdırdı: “Ayrıseçkilik etmədən…” – FOTOLAR

QHT Şurasının hazırladığı iki qanun layihəsinin MM-də qəbul ediləcəyi gözlənilir  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. Boyukmillet.com xəbər verir ki, toplantıda açılış nitqi söyləyən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun hər il ictimaiyyət qarşısında geniş hesabatla çıxış etdiyini bildirib. Azay Quliyev deyib ki, Şura 10 …

Read More »

İran rəsmisi: “Türkiyə ağlını başına yığmalıdır”

GünAzTV: İranın keçmiş müdafiə naziri, hazırda Milli Müdafiə Ali Hərbi Universitetinin rektoru Əhməd Vəhidi, yanvarın 27-də jurnalistlərə açıqlamasında bölgədə baş verən olaylardan və Türkiyənin bir həftədir Suriyanın Afrin bölgəsində kürd terrorçu qruplaşmalarına qarşı keçirdiyi “Zeytun budağı” adlı hərbi əməliyyatından danışıb. Amerikanın Suriyadakı hərbi varlığını qeri-legitim adlandıran Əhməd Vəhidi, Türkiyəyə bu ölkənin şimalında keçirdiyi hərbi əməliyyata görə xəbərdarlıq edib. O, bildirib …

Read More »

Bakıda daha bir binada partlayış: Dağıntılar altında qalanlar var

Paytaxtda daha bir yaşayış binasında partlayış olub. Boyukmillet.com apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Dağıntılar altında qalanların olduğu ehtimalı da var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Read More »

Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 616 nəfərə çatıb

Türkiyə silahlı qüvvələri Suriyanın Afrin şəhərində kürdlərə qarşı aparılan anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş yaraqlıların sayı 616 nəfərə çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə ordusunun Baş Qərargahının bəyanatında deyilir. “Zeytun budağı” əməliyyatlarına yanvarın 20-də başlanılıb. Əməliyyatlar həm havadan, həm də qurudan aparılır.

Read More »

Erməni diaspor rəhbəri Ermənistana sərmayə yatırmamağa çağırdı

Avropa erməniləri assosiasiyaları forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırıb. Trend-in məlumatına görə, A.Qriqoryan nə qədər ki, ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, hətta Ermənistana getməməyi məsləhət görüb. Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan forum sədri bildirib: “Baş nazir Karen Karapetyan və ölkə başçısı Serj Sarkisyan daim yalan danışırlar. Onların biabırçı hərəkətlərinə görə hətta …

Read More »

Zakir Həsənov cəbhə xəttində – FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Bu barədə musavat.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ön xətt bölmələrində olan müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib. …

Read More »

Moskvada azərbaycanlılar güllələnib?

Dünən Moskvada “Slavyanski bulvar” metro stansiyasının yaxınlığında üç kişi arasında dava düşüb. Boyukmillet.com RenTV-yə istinadən xəbər verir ki, münaqişə edən tərəflərin əlində travmatik tapança olub. Hadisə şahidlərinin sözlərinə görə, iki kişi silahlı şəxsə hücum edib. Onun hücum edənlərə atəş açdığı bildirilir. Bəzi məlumatlara görə, güllə 1989-cu il təvəllüdlü Mahir R.-in üz nahiyəsində tuş gəlib. O. Aldığı yaradan dünyasını dəyişib. Daha …

Read More »

Qarabağda ermənilər bir-birini güllələyirlər

Ermənistanın istintaq orqanları əsgər Ovsep Qriqoryanın ölümünə səbəb olmuş halları araşdırır. Boyukmillet.com News.am-a istinadən xəbər verir ki, insident yanvarın 28-də, saat 16:25-16:45 radələrində, döyüş postunda baş verib. Osvep Qriqoryan əsgər yoldaşının silahı ilə ölümcül yaralanıb. İlkin məlumatlara görə, insident digər hərbi qulluqçunun silahla davranış qaydalarını pozması nəticəsində baş verib. Fakt üzrə cinayət işi açılıb.Əsgərin ölümündə günahı olduğu iddia olunan hərbçi saxlanılıb.

Read More »