Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

İran rəsmisi: “Türkiyə ağlını başına yığmalıdır”

GünAzTV: İranın keçmiş müdafiə naziri, hazırda Milli Müdafiə Ali Hərbi Universitetinin rektoru Əhməd Vəhidi, yanvarın 27-də jurnalistlərə açıqlamasında bölgədə baş verən olaylardan və Türkiyənin bir həftədir Suriyanın Afrin bölgəsində kürd terrorçu qruplaşmalarına qarşı keçirdiyi “Zeytun budağı” adlı hərbi əməliyyatından danışıb.

Amerikanın Suriyadakı hərbi varlığını qeri-legitim adlandıran Əhməd Vəhidi, Türkiyəyə bu ölkənin şimalında keçirdiyi hərbi əməliyyata görə xəbərdarlıq edib. O, bildirib ki, İran Suriyanın ərazi bütövlüyünün təhlükəyə düşməsinə qarşıdır: “Biz, həmişə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını və ona hakim rejimin legitimliyini dəstəkləmiş, müdafiə etmişik. Biz, Suriya hökuməti ilə koordinasiya edilmədən bu ölkədə baş verən hər hansı bir dəyişikliyin əleyhinəyik və onu təsdiq etmirik.

Hesab edirik ki, Suriyada sülhə doğru aparan mövcud durumun mürəkkəbləşməsinə və tərəflər arasında anlaşılmazlığa gətirib çıxaran hər hansı bir addımdan çəkinmək lazımdır. Bizim istəyimiz odur ki, Suriya ərazilərində hər hansı bir dəyişiklik, rəsmi Dəməşqlə razılıq çərçivəsində edilməlidir. Şübhə yoxdur ki, Suriyada indiki gərgin vəziyyətin yaranmasında Amerikanın rolu böyükdür. Amerikanın Suriyanın şimalındakı qeyri-legitim hərbi varlığı və onun Suriyanı iki hissəyə bölərərək onu parçalamağa cəhdi, bu ölkədə yaranmış indiki böhranın ortaya çıxmasına səbəb olub.

Əlbəttə ki, Türkiyə də ağlını başına yığmalı, Suriyada keçirdiyi hərbi əməliyyata görə, regionda mövcud olan bəzi həssaslıqları nəzərə almalıdır”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir həftə əvvəl Suriyanın Afrin bölgəsində başlatdığı “Zeytun budağı” adlı hərbi əməliyyatda, indiyə qədər “PKK”, “PYD” və “YPG” terror təşkilatlarına məxsus 340 hədəf vurulub, 25 silah anbarı məhv edilib, ən azı 394 terrorçu zərərsizləşdirilib.

 

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir