Çərşənbə , 26 İyun 2024

Yearly Archives: 2018

Afrində “Azərbaycan” raketi: Türk əsgəri Qarabağı unutmadı

Türk Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı bütün dünyada olduğu kimi, Azərbaycanda da maraqla izlənilir. Boyukmillet.com xəbər verir ki, terrorçulara qarşı istifadə edilən roketlərdən birinin üzərinə Azərbaycan və Qarabağ sözləri yazılıb. Həmin sözlərin türk əsgəri tərəfindən yazılıdığı bildirilir.  Foto sosial şəbəkədə maraqla qarşılanıb. ( yenicag.az )

Read More »

Xızının icra başçısı “zapravkası” olmayan rayonun problemini niyə həll etmir?- İş adamı bunun səbəbini izah etdi + Fotolar

Bir neçə gün əvvəl, Azinforum.az saytı olaraq,  Bakıdan o qədər də uzaq məsafədə yerləşməyən Xızı rayonundan reportaj təqdim etmişdik. “Apteki, “zapravkası” və bazarı olmayan rayon – İcra başçısı Aslanov isə bundan məmnun görünür…” başlığı ilə təqdim etdiyimiz həmin yazıda Xızı rayonunda yaşamaq üçün zəruri olan – bazarın, aptekin və yanacaqdoldurma məntəqəsinin olmadığını  konkret faktlara əsaslanaraq qeyd etmişdik.  Böyük rezonansa səbəb olan və ölkənin bir …

Read More »

Proqnoz açıqlandı, qar qapıda – Şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. …

Read More »

Türk ordusunun zəfəri Ərdoğanla Əsədi barışdıracaq – TƏHLİL

“Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarına ayrı-ayrılıqda baxmaq olmaz. Bunu Sputnik Türkiyə-yə siyasi şərhçi Metexan Dəmir (Metehan Demir), Afrin əməliyyatı ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib. Artıq bir neçə gündür ki, Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin PYD və YPG (hər ikisi Türkiyənin terror təşkilatı adlandırdığı “Kürdüstan Fəhlə Partiyası”nın (PKK) Suriyadakı qanadlarıdır — red.) kürd birləşmələri əleyhinə, Azad Suriya Ordusu dəstələrinin …

Read More »

“Bu il təxribatlar çox olacaq” – YAP rəsmisindən ŞOK AÇIQLAMA

“Bəzi beynəlxalq təşkilatlar mətbuat azadlığına görə Əfqanıstanı belə Azərbaycandan qabaqda göstərir. Bu, çox primitiv bir yanaşmadır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov deyib. S. Novruzov bildirib ki, bəzi dövlətlərin təbii sərvətlərini talamaq üçün hansısa müxalif qüvvələr formalaşdırılır, ölkələri fəlakətlə üz-üzə qoyulur: “Bu gün Yaxın …

Read More »

“Türk tankları kəndə girdikdə terrorçular qaçmağa başladı” – Ələ keçirilən PYD üzvünün etirafı

“Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin dağətəyi ərazisində 7 terrorçu əsir götürülmüşdü. Boyukmillet.com Avropa.info-ya istinadla xəbər verir ki, məhkəmə qarşısına çıxarılaraq barələrində həbs-qətimkan tədbiri seçilən 3 terrorçunun ifadələri mətbuata açıqlanıb. Həbs olunan terrorçular PYD-nin onları ölümlə təhdid etdiyini, terror təşkilatına zorla cəlb etdiklərini deyiblər. Terror təşkilatı “Ailənizi və uşaqlarınızı öldürərik” deyərək təhdid etdiyi adamlara 45 günlük silah təlimi verirmiş. Təlimdən sonra …

Read More »

Kəmaləddin Heydərov Bayıldakı sürüşmə zonasına gəldi – FOTO

Yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib. Boyukmillet.com nazirliyin saytına istinadən xəbər verir ki, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. 

Read More »

Danışdılar.. Ərdoğan Trampdan elə bir tələb etdi ki – SON DƏQİQƏ

Bu gün axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı gerçəkləşib. Boyukmillet.com xəbər verir ki, telefon təması ABŞ prezidentinin istəyi ilə reallaşıb. Telefon danışığında Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat müzakirə olunub. R.T.Ərdoğan D.Trampdan terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD-yə dəstəyi dayandırmağı və indiyədək onlara verdikləri silah-sursatı geri almağı tələb edib. (Turkustan.info)  

Read More »

Türk əsgəri Afrində dastan yazır – Türk ordusundan əvvəl və sonra (Foto)

Afrində “Zeytun budağı” əməliyyatı başladan Türkiyə ordusu ələ keçrilən bölgələrdəki PKK/PYD “bayraqları”nı çıxararaq yerində türk bayraqlarını asır.  Boyukmillet.com Avropa.info-ya istinadla xəbər verir ki, ildırım sürətilə həyata keçrilən əməliyyatda türk əsgərləri strateji yüksəklikləri bir-bir ələ keçirir. Türk əsgərləri və ASO ümumilikdə 8 şəhid verib, 300 terrorçu isə məhv edilib. İlk dəfə Türkiyə istehsalı olan “ATAK” döyüş helikopterlərindən də istifadə olunan əməliyyatda 7 …

Read More »

Azərbaycandan valyuta çıxardanların arxasındakı adam bilindi – Şahin Şıxlinski

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi  əməliyyat zamanı ələ keçən valyuta qaçaqçıları ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bildirilir ki, əməliyyat zamanı ələ keçən dəstəyə Aqil Kamandar oğlu Məmmədovun rəhbərlik etdiyi müəyyənləşib. Qazaxın II Şıxlı kənd sakini olan Aqil Məmmədovun rayonda tanınan və Rusiyada yaşayan diaspor lideri Şahin Şıxlinski ilə mütəmadi əlaqə saxladığı müəyyən olunub. Üzə çıxıb ki, Aqil …

Read More »