Bazar ertəsi , 20 May 2024

Yearly Archives: 2018

Azay Quliyev Sloveniyada Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimində çıxış edib

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Sloveniyanın Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimində çıxış edib.   Azay Quliyev bu layihənin ərsəyə gəlməsində əməyi keçən bütün qurumlara Milli Məclis və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından təşəkkür edib. O qeyd edib ki, Xocalı faciəsi hər bir …

Read More »

Beynəlxalq Diaspor Mərkəzi Sankt-Peterburqda layihə həyata keçirib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda Sankt-Peterburqda ictimai tədbirlərin təşkililayihəsi çərçivəsində bir sıra tədbirlər həyata  keçirilib. BDM mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, ilk olaraq 26 may tarixində Sankt-Peterburq şəhərində dahi şair Nizami Gəncəvinin adını daşıyan parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə …

Read More »

“Azərbaycan Xalq Cumhuriyyəti-100 və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti-100 və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. İnterpress.az-ın məlumatına görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və 1945-46-ci illərdə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin marşı səsləndirilib.   Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq Azərbaycan Xalq …

Read More »

“İbrahimbəyovun filmi ölkəmizə və xalqımıza təhqirdir” – Azay Quliyev

“Rüstəm İbrahimbəyovun “ssenari” müəllifi olduğu “Qafqaz triosu” filmi ölkəmizə və xalqımıza, qan yaddaşımız və tariximizə qarşı hörmətsizlik və təhqirdir”. Musavat.com xəbər verir ki, bu fikirləri tvitter hesabında millət vəkili, QHT Şurasının sədri Azay Quliyev yazıb. O bildirib ki, bu film, azərbaycanlılara qarşı nifrət yaratmaq məqsədli siyasi sifarişin və xəyanətin məhsulu kimi nəzərdən keçirilməlidir.

Read More »

Türkiyədə terror aktı: iki nəfər həlak olub, üç nəfər yaralanıb

Türkiyənin Hakkari bölgəsindəki Şemdinli rayonu ərazisində törədilmiş terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub, üçü yaralanıb. Terror aktı bu gün səhər saatlarında PKK tərəfdarlarının əvvəlcədən yola basdırdıqları bombanın partladılması nəticəsində törədilib. Yarlılar Şemdinli dövlət xəstəxanasına çatdırılıblar.   Boyukmillet.com

Read More »

Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər. “Report” xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin ərazisində yaradılan şəraitlə …

Read More »

Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Beynəlxalq İqtisadi Forum açılıb. “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov rəhbərlik edirlər. Forumun işində həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təmsilçiləri iştirak edirlər. Bu gün başlayan forumda rekord …

Read More »

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 25-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub. “Report” xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə – Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb. Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq …

Read More »

İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirə edəcək

İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçiriləcək.  APA-nın xəbərinə görə, bu barədə Knessetin mətbuat xidmətindən bildirilib.  Məlumata görə, müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış edib.  Məsələnin əvvəllər olduğu kimi, komissiyada deyil, parlamentin tam heyətlə müzakirəsinin lehinə iclasda iştirak edən 16 deputat səs verib. Debatların tarixi hələ ki, təyin …

Read More »

Şennak: “AŞPA-nın iyun sessiyasında Səməd Seyidovun yerinə başqası seçilməlidir”

“AŞPA-nın iyun ayında keçiriləcək yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək”.  Bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.  S.Şennak bildirib ki, AŞPA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: “Səməd Seyidov bundan sonra vəzifəsini icra …

Read More »