Şənbə , 24 Yanvar 2026
Drone Cameras

İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirə edəcək

İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçiriləcək. 

APA-nın xəbərinə görə, bu barədə Knessetin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış edib. 

Məsələnin əvvəllər olduğu kimi, komissiyada deyil, parlamentin tam heyətlə müzakirəsinin lehinə iclasda iştirak edən 16 deputat səs verib. Debatların tarixi hələ ki, təyin edilməyib. 

Bu ilin fevralında İsrail Knesseti qondarma “erməni soyqırımı”nın  tanınması ilə bağlı qanun layihəsini rədd edib. 

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olub.

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir