Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Beynəlxalq İqtisadi Forum açılıb.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov rəhbərlik edirlər.

Forumun işində həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təmsilçiləri iştirak edirlər.

Bu gün başlayan forumda rekord sayda – 15 min nümayəndə heyəti, eləcə də 72 ölkədən 1500-ə yaxın Rusiya və xarici ölkələrin şirkətləri iştirak edir.

Rusiya Prezidenti Vladimir Putinin foruma qatılacağı gözlənilir. Foruma fəxri qonaq qismində Fransa Prezidenti Emmanuel Makron və Yaponiyanın Baş naziri Sindzo Abe də gələcək.

Check Also

Aİ-də miqrasiya “BOMBASI” – Miqrantlar DƏRHAL DEPORT OLUNACAQ!

Avropa İttifaqının (Aİ) uzun illər tətbiq etdiyi Dublin III mexanizmi faktiki olaraq tarixə qovuşur. 2024-cü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir