Şənbə , 29 İyun 2024

Yearly Archives: 2018

Əli Həsənov: “Azərbaycan 200 ildən çoxdur ki, qanlı faciələrdən və müharibədən əziyyət çəkir”

“Hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən ən əsas mənfi amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir” Bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Çoxluqlar azlıqlara qarşı” mövzusunda keçirilən panel …

Read More »

Azərbaycan və Naxçıvan üçün tarixi əhəmiyyət kəsb edən sənəd: Moskva müqaviləsi

Naxçıvan, 16 mart Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi əhəmiyyətə malik olan Moskva müqaviləsinin imzalanmasından 97 il keçir. 1921-ci il martın 16-da çox çətin müzakirələrdən sonra Rusiya Sovet Federal Sosialist Respublikası (RSFSR) ilə Türkiyə arasında Moskva müqaviləsi imzalanıb. Tarixi əhəmiyyətə malik bu müqavilənin imzalanmasına aparan yol heç də asan olmayıb. Belə ki, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin ədalətli mövqеyi və …

Read More »

Azərbaycanda devalvasiya gözlənilirmi? – AÇIQLAMA

Bir neçə ildən sonra dünyada neftin dəyəri qalmayacaq. “Hesab edirəm ki, yaxın bir il ərzində dollar bahalaşması gözlənilmir. Ona görə ki, neftin qiyməti sabitləşib. Azərbaycanda da dolların bahalaşması, əsasən, neftə bağlıdır”. Bunu İnterpress.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib: “Böyük ehtimalla, dolların bahalaşması 2018-ci il ərzində baş verməyəcək. Amma hamı başa düşməlidir ki, neft erası bitib artıq. Bunu dövlət başçımız da …

Read More »

“Meydan” TV-nin ildə 600 min avro qrant alması faktı

X.İsmayıla qarşı çıxan əsas fiqurlardan biri “araşdırmaçı jurnalist” Hafiz Babalı olub. Onu da xatırladaq ki, bu adam vaxtilə “Azadlıq Radiosu”nda da çalışıb. Beləliklə, H.Babalı “Meydan” TV-nin hər il 600 min avro qrant aldığını, ancaq aldığı qrantların müqabilində müvafiq fəaliyyət göstərmədiyini iddia kimi irəli sürüb. Bundan sonra isə tərəflər arasında qarşılıqlı ittihamlar səslənib, hətta bu ittihamlar sonradan qarşılıqlı təhqirlərlə də müşayiət olunub. …

Read More »

Amaşov: ƏDV medianın iqtisadi durumuna mənfi təsir göstərir

Hazırkı durumda medianın iqstisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır. Bunu parlamentdə hökumətin hesabatı zamanı millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. “Mən 2016-cı ilin hesabatı müzakirə edilərkən də bu məsələyə diqət yetirmişdim. Bu, maliyyə baxımından çox cüzi rəqəmlə bağlıdır. Amma mənəvi, siyasi, ölkəmizin dünyada imicinin müsbət formalaşması baxımından çox önəmlidir. Söhbət ölkəyə …

Read More »

Prezidentdən Novruz bayramı təbriki

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm. Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verib və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olub. Əcdadımızın nikbin …

Read More »

Türkiyə və Azərbaycanın qardaşlıq dastanı

Bakı, 15 mart Martın 15-də Dövlət Musiqili Teatrda Türkiyə və Azərbaycanın qardaşlığına ithaf edilmiş “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii gecə təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız əbədidir” adlı təşkilat komitəsinin dəstəyi ilə reallaşıb. Əvvəlcə qonaqlar hər iki dövlətin münasibətlərini əks etdirən rəsm sərgisinə baxıblar. Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb. …

Read More »

Sabir Rüstəmxanlı Ankaraya getdi – MHP-nin qurultayında iştirak edəcək

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak etmək üçün bu gün Ankara şəhərinə yola düşüb. Bu barədə İnterpress.az-a partiyadan məlumat verilib. Bildirilib ki, VHP sədri qurultay ərəfəsində MHP sədri Devlet Bahçeli, millət vəkilləri və Azərbaycan diaspor rəhbərləri ilə görüşəcək. (İnterpress.az)

Read More »

Milliyyətçi Gənclər Təşkilatının qurultayı keçirilib

Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin Sədrliyini icra edən Müşviq Vəliyevin 3 illik səlahiyyət müddəti bitdiyi üçün 11 Mart 2018 tarixində MGT-nin qurultayı keçirildi. Bununla bağlı aşağıdakı məsələləri diqqətinizə çatdırırıq: – Müşviq Vəliyev estafetin daha gənc kadrlara ötürülməsi baxımından öncəki seçkidə də bəyan etdiyi kimi növbəti dönəm İdarə Heyəti Sədrliyinə namizədliyini vermədi və bundan sonra təşkilatın İdeoloji şöbəsinin əməkdaşı olmaqla bərabər, …

Read More »

Bəzi dönük mühacir azərbaycanlıların xaricdəki dəbdəbəli restoran və barlarda özünüreklamının məqsədi…

“Demək istəyirlər ki, baxın, biz bura sığınsaq da, belə dəbdəbə içində yaşayırıq” Samir Adıgözəlli: “Kiminsə bahalı avtomobilində oturub, paylaşım edib, ölkənin dəyərlərini, simvollarını söymək onlara nə verə bilər?” Müxtəlif yalançı səbəbləri əsas gətirərək, xarici ölkələrə sığınmış və son zamanlar tərbiyəsiz hərəkətləri ilə gündəmə gələn bəzi azsaylı mühacirlərin qınanması prosesi davam edir. Əsasən də ölkənin mənəvi dəyərləri və simvollarını təhqir edən …

Read More »