Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Milliyyətçi Gənclər Təşkilatının qurultayı keçirilib

Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin Sədrliyini icra edən Müşviq Vəliyevin 3 illik səlahiyyət müddəti bitdiyi üçün 11 Mart 2018 tarixində MGT-nin qurultayı keçirildi. Bununla bağlı aşağıdakı məsələləri diqqətinizə çatdırırıq:

– Müşviq Vəliyev estafetin daha gənc kadrlara ötürülməsi baxımından öncəki seçkidə də bəyan etdiyi kimi növbəti dönəm İdarə Heyəti Sədrliyinə namizədliyini vermədi və bundan sonra təşkilatın İdeoloji şöbəsinin əməkdaşı olmaqla bərabər, əsas olaraq fəaliyyətini 2015-ci ildə yaradılmış “Milliyyətçi Hərəkat təşəbbüs qrupu”-da aktiv şəkildə davam etdirəcək.

– İdarə Heyəti üzvləri nizamnaməyə əsasən İH Sədrliyinə namizədlik tələblərinə uyğun gələn şəxslər arasından İskəndər bəy Osmanlının namizədliyi üzərində duraraq qurultaya təqdim etmək qərarına gəldi.

– Qurultay zamanı keçirilən etimad səsverməsinin nəticəsi olaraq da İskəndər bəy Osmanlı təşkilat üzvlərinin etimadını alaraq növbəti dönəm üçün MGT İdarə Heyəti Sədri seçildi.

Beləliklə, növbəti dönəm üçün MGT İdarə Heyətinin tərkibi aşağıdakı kimi formalaşdı:

İskəndər Osmanlı – İH Sədri
Mərdan Orucoğlu – Xarici əlaqələr şöbəsi
Toğrul Əmiraslanlı – Təbliğat/təşviqat şöbəsi
Coşqun Əliyev – Maarif şöbəsi
Zakir Kərimli – İdeoloji şöbə

Sonda yeni İH komandası Azərbaycan Respublikası və MGT bayraqlarına and içərək fəaliyyətlərinə başlayıblar.

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

MGT Qurultayda yeni dönəm seçkilərini keçirdi

 
Boyukmillet.com

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir