Şənbə , 23 Noyabr 2024
Drone Cameras

2019-cu ildə quruculuq işləri Naxçıvanın rayonlarını da geniş əhatə edib

BOYUKMİLLET.COM NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, dekabrın 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qeyd edilib ki, əsas kapitala investisiya qoyuluşlarının həcmi tikinti-quruculuq işlərinin genişlənməsinə, kəndlə şəhər arasındakı fərqin ortadan qaldırılmasına, rayonların tarazlı inkişafına mühüm təsir göstərir.

Şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin edib, Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası yenidən qurulub, Şahbuz Rayon Dövlət Arxivi və Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılıb, 10 kənd və 11 xidmət mərkəzi, Kəngərli, Sədərək və Babək rayonlarının hər birində bir yaşayış binası tikilərək istifadəyə verilib. Naxçıvan şəhərində iki yaşayış binasının və Gənclər şəhərciyi yaşayış kompleksinin, Şərur, Ordubad və Şahbuz rayonlarının hər birində bir yaşayış binasının, Sədərək Gömrük Keçid Məntəqəsi üçün müasir kompleksin tikintisi davam etdirilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …