“Testlərin qiymətinə biz baxmırıq ki! Testlərin qiymətilə özəl müəssisələr məşğuldur, yaxşı olar ki, bu sualı onlara yönləndirəsiniz”. Bunu Modern.az-a özəl açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Azərbaycanda test qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması və bundan doğan narazılıqla bağlı sualı cavablandırarkən bildirib. TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum ancaq xəstələrin müalicəsilə məşğuldur: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi …
Read More »Yearly Archives: 2020
İran Naxçıvan tənliyindən kənarda qaldı – Türk professor
İğdır-Naxçıvan qaz xətti layihəsi strateji baxımdan əhəmiyyətli olduğu qədər, iqtisadi baxımdan da faydalıdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri türkiyəli professor Gürkan Kumbaroğlu “Yeni Şəfəq” qəzetinə deyib. “Yeni boru kəməri ilə Naxçıvanın qazı artıq Türkiyədən gələcək. Bunun regional əhəmiyyəti var. Naxçıvan enerji baxımından İrana bağlı idi, amma bu layihə sayəsində İran Dağlıq Qarabağdan sonra Naxçıvan tənliyindən də çıxarılır. Naxçıvan Türkiyənin …
Read More »Tehran Mənsimovdan söz-söhbətlərə son qoyan AÇIQLAMA
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun “Azərbaycan bayrağı” Ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla təltif olunanlar sırasında Şuşa şəhərinin azad edilməsində fərqlənmiş xüsusi …
Read More »Həşim Səhrablı yazır: Rəşad Süleymanov zirvəsi
Rəşad bəy ilə, hərbi jurnalistika ilə bağlı təlimlərin birində tanış olmuşduq. Ona qədər sadəcə adını eşitmiş, nə səbəbə bu qədər tərif edildiyini bilmirdim. İlk tanışlığımız da qəribə bir mübahisə üzərində qurulmuşdu. Hətta sonradan uşaqlara deyirdim ki, “Əşi, bu qədər təriflədikləri adam, heç nə bilmirmişki. Mən ondan daha yaxşı təlim keçərdim”. Sonradan, təlimin sonunda Rəşad bəy yaxınlaşıb dedi ki, əslində buraya …
Read More »“ATƏT-in Minsk Qrupu ya ləğv edilməli, ya da mandatı dəyişilməldir” – Azay Quliyev
Milli Məclisin üzvü, ATƏT PA vitse-prezidenti Azay Quliyev ATƏT-in Minsk Qrupunun bölgəyə sonuncu səfəri və yaranan yeni situasiyanı şərh edib. Boyukmillet.com xəbər verir ki, millət vəkilinin fikrincə, bu qrupun mandatı və görəcəyi işlər sual altında qalmaqda davam edir: “Nəzərə alsaq ki, ATƏT-in Minks qrupunun həmsədrlik institutunun uzun müddət münaqişənin həlli ilə bağlı üzərində çalışdığı, lakin həyata keçirə bilmədiyi və ya …
Read More »Rusiyalı politoloq: “Bu silahların Ermənistana Rusiya tərəfindən verilməsinə çox heyfslənirəm”
“Mənim fikirlərim Rusiyada çox sayda insanın rəsmi KİV-də heç vaxt əksini tapmayan fikirlərdir. İnanın ki, rus xalqının, Rusiyada yaşayan başqa xalqların böyük əksəriyyəti həmişə sizin tərəfinizdə olub. Çünki biz haqq-ədalətin tərəfindəyik. Telekanalların səsi heç də Rusiyanın səsi demək deyil, bunu unutmayın”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ermənistan ordusunun raket hücumlarından zərər çəkmiş Gəncə şəhərinə səfəri zamanı rusiyalı politoloq, jurnalist, ictimai …
Read More »Sabir Rüstəmxanlı: “Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”
Araz olmasa, ayrılmazdıq? – ilginc reaksiyalar … Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışı çoxlarının ürəyinə ox kimi sancıldı. Xüsusən də Ərdoğanın “Arazı ayırdılar” bayatısını paradda səsləndirməsi Tehran tərəfindən siyasi bir ismarış kimi qiymətləndirildi. İran tərəfindən verilən təpkilər və Türkiyə ilə yaranmış qısamüddətli gərginlik hamının yadındadır. “Yeni Müsavat” bildirir ki, həmin bayatıda deyilir: Arazı ayırdılar Lil …
Read More »Polis dövrün çəfakeşləridir
Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasındada (covid 19) virusu bir çox insanların həyatına son qoydu. Bununla bağlı ölkəmizdə 2021-ci yanvar ayının 31 -nə qədər sərtləşdirilmiş karantin rejimi tətbiq edilmişdir. Məsələ bundadırkı hər bir vətəndaşımız öz evində bu xəstəliklə qorunmağa calışdığı halda Azərbaycan Polisi şərəfli peşəni öz həyatları bahasına yerinə yetirirlər. Şirvan şəhərində giriş çıxışda postlar qurulub və bu postlarda gecə …
Read More »Qarabağda Rusiya sülhməramlıların olduğu ərazinin xəritəsinə düzəliş edildi
Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin olduğu ərazilərin əks olunduğu xəritəyə yenidən düzəliş edib. Boyukmillet.com xəbər verir ki, yeni xəritədə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yenidən Azərbaycan Ordusunun nəzarətində olan ərazilər kimi göstərilib.
Read More »Azərbaycan ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini qınadı
S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur. “Azərbaycan hər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar