“Ramiz Mehdiyevin mübarizəsi Birinci xanıma, Prezidentə deyil, Azərbaycan dövlətinə qarşı yönəlib” “Hesab edirəm ki, Ramiz Mehdiyev və onun çətəsi altında olan adamlar Azərbaycanın siyasi həyatından çox qısa zamanda çəkiləcəklər” 2016-cı il iylun 15-də Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ təşkilatının qardaş Türkiyədə həyata keçirdiyi dövlət çevrilişinə cəhd olayı Azərbaycana da təsirsiz ötüşmədi. Belə ki, bu cəhdin baş tutması istər Türkiyədə, istər …
Read More »Yearly Archives: 2020
“Məhz Elmar Məmmədyarovun səriştəsizliyi ucbatından bu dəfə diplomatiyamız axsadı”
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışında bir sıra önəmli məqamlara toxundu. Ölkə başçısı çıxışını əsas etibarilə son günlər işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatın nəticələri üzərində qurmuşdu. Prezident bildirdi ki, Ermənistanın törətdiyi təxribata, düşmənin Azərbaycan mövqelərinə artilleriya zərbəsi endirməsinə və nəticədə şəhidlərimizdən olmasına toxunan dövlət …
Read More »Deputat: “XİN-in fəaliyyəti tələblərə cavab vermir”
“Xarici İşlər Nazirliyinin (XİN) faktiki olaraq fəaliyyəti Azərbaycanın ümumi uğurlu inkişafı ilə uyğunluq təşkil etmir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib. Deputat bildirib ki, Azərbaycanda hücum taktikasına söykənən bir diplomatiyanın həyata keçirilməsi hədəf kimi müəyyən edilib: “Lakin bir çox hallarda XİN-in fəaliyyəti bu tələblərə cavab vermir. Bu konteksdə ölkə başçısı dünənki iclasda sərhəddə …
Read More »“Bəzi diplomatlarımız çalışdıqları ölkənin elçilərinə çevrilir” – Prezidentdən şok sözlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı: – Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif …
Read More »Türkiyədə mühüm görüş: Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavinini qəbul etdi
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə nazirinin müavini Ramiz Tahirovla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Ermənistanın Azərbaycan sərhədində törətdiyi hərbi təxribatlar müzakirə olunub. Ermənistanın son hücumlarından danışan Hulusi Akar deyib ki, ermənilər etdiklərinin hesabını mütləq verəcək. Görüşdə Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəisi Yaşar Güler, Quru qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və …
Read More »İlham Əliyev: “Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız”
“Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən …
Read More »Elmar Məmmədyarov istefa verdi
Elmar Məmmədyarov istefa verib. Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib. Məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir.
Read More »Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycanın Xarici işlər naziri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzifəsindən azad olunub.
Read More »Döyüşlər davam edir – Daha 1 şəhidimiz var
İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Bu barədə Open.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Hazırki vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi …
Read More »Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib
İyulun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu dəfn edilib. Boyukmillet.com xəbər verir ki, şəhid doğulduğu Ağstafa rayonunun Kolxəlfəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, iyulun 16-da …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar