TƏBİB AzTV-nin koronavirusdan dünyasını dəyişmiş əməkdaşı Samir Nemətzadənin 1 saylı Klinik Tibbi Mərkəzdəki vəziyyətlə bağlı yaydığı səsyazısına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səsyazısı yayılıb: “Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. …
Read More »Yearly Archives: 2020
“Ölkəmizdə yeni dövrə uyğun siyasi mühit formalaşır” – Rufiz Qonaqov
İqtidarın təşəbbüsü ilə həyata keçirilən siyasi açılımın məntiqi nəticəsi olaraq bu gün bir sıra müsbət qərarların şahidi oluruq. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlər cəmiyyət tərəfindən də müsbət qarşılanıb. İqtidar-müxalifət dialoqu formatına doğru irəliləyən proses partiya rəhbərləri tərəfindən də alqışlanır. Bu proses çərçivəsində qısa zamanda 7 partiya …
Read More »İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənləşdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxıldığı şəxslər barədə məlumat yayıb. AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır: – Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; – Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan …
Read More »Ərdoğan xarici səfərə gedib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Qətərə birgünlük işgüzar səfərə gedib. Bu, R.T.Ərdoğanın dünyada koronavirus pandemiyası yayılmağa başlayandan sonra ilk xarici səfəridir. Onu maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir. Türkiyə prezidenti Qətər əmiri Şeyx Təmim bin Həməd …
Read More »“Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib” – Sabiq millət vəkili
“Oğlanlarım ömrü boyu içki içməyib”.Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən deyib. Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir:“Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? …
Read More »“İşdən çıxarılmış neftçilər iş yerlərinə qaytarılmalıdır” – Sabir Rüstəmxanlıdan xarici şirkətə sərt etiraz
Vətəndaş Həmrəyliyi Partiyasının lideri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı təmsil etdiyi Neftçala rayonunda fəaliyyət göstərən, neftçıxarma şirkəti olan Qlobal Enerji Şirkətinin 30 nəfər neftçini ixtisara salmasına etiraz edib. VHP.az bildirir ki, deputat bildirib ki, rayonda 30 nəfər neftçinin işsiz qalması onu ciddi narahat edir: “Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da Neftçalada fəaliyyət …
Read More »Mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 30 iyun tarixində keçirilən onlayn görüşü ilə bağlı Ermənistan XİN-in yaydığı məlumatda “Qarabağ xalqı” (“Artsax xalqı”) ifadəsi diqqətimi çəkdi. Ermənilər Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağı və işğal olunmuş digər ərzilərimizi zorla “erməniləşdirməyə” çalışaraq, orada qondarma “Artsax Resbulikası” adında bir qurum yaradıblar və hazırda həmin ərazilərdə məskunlaşan …
Read More »Azərbaycanda necə xoşbəxt olmaq olar? – “SUAL”a çevrilən “NİDA”lar
Aha, daxilən çapılmış, bağırsaqları sümüklərinə dolaşan KİŞİyə bax! Səhər yuxudan durub yemək yeməlidir, 4 uşağın nəriltisi, hamısının tualet-hamamı, geyimi var hələ. Cibində də pul yoxdur ki, “arvad, yemək gətir” deməyə cəsarətin çata! Şalvarı əyninə bir təhər keçirib balkona çıxır, bir siqaret yandırıb başlayır içini bir də dişləməyə, yeməyə. Aha, bu da səhər yeməyi… İt oğlu, elə sənə bu da azdır. …
Read More »Koronavirusdan vəfat edən Samirin ölümündən əvvəlki səsyazısı haqda araşdırma başladı – VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, S. Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. …
Read More »Çin Uyğur müsəlmanlarına qarşı “demoqrafik qırğın”a başlayıb
Çin Uyğur müsəlmanlarının sayını azaltmaq üçün zorla kontraseptivləşdirir. Boyukmillet.com xəbər verir ki, Çin Uyğur müsəlmanlarına qarşı indi də azlıqların nəzarət altına alınması üçün məcburi kontraseptiv tədbirlərdən istifadə etməyə başlayıb. (Qadınların hamiləlikdən qorunması üçün həbin ayda bir dəfə qəbul edilməsi). Eyni zamanda, əksər Han icmasından daha çox uşağın olması istənir. Qəzet yazır ki, Tayvan, Hindistan, Yaponiyadan Amerikaya qədər hər kəslə münaqişə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar