Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2020

Həkim: “Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik baş verməyib”

“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik baş verməyib”. Boyukmillet.com Reporta istinadən xəbər verir. Bu barədə “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. …

Read More »

İsmət Qayıbovun oğlu rəis müavini oldu

Prokurorluq orqanlarında yeni təyinatlar olub. Boyukmillet.comun məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.  Qeyd edək ki, İsmayıl Qayıbov Azərbaycanın mərhum Baş prokuroru İsmət Qayıbovun oğludur.

Read More »

Dövlət Taxıl Fondu sahibkarlardan yüksək keyfiyyətli buğdanın qəbuluna başlayır

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2020-ci ildə ölkədə istehsal olunan yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edib. Boyukmillet.com Reporta istinadən xəbər verir.Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına …

Read More »

Ordumuz bu əmri gözünü qırpmadan icra edəcək

Dövlətimizin başıçısını, millətimizi əmin etmək istəyirəm ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması üçün tam hazır vəziyyətdədir və əmr gözləyir. Bu qələbə uzaqda deyil. Biz bu qələbənin şahidi olacağıq. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev bildirib. O, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu, onun rəhbərliyini, şəxsi …

Read More »

“Cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq, lakin..”

Əlisahib Hüseynov: “Cərimələrlə bərabər, maarifləndirmə işlərinin aparılması da ümumi işin xeyrinə olar” “Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrin Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapmasını müsbət addım kimi dəyərləndirirəm. Bu qərar xüsusən də televiziyalarda dil normalarının pozulması hallarına diqqətin artmasına gətirib çıxaracaq”. Boyukmillet.com xəbər …

Read More »

Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin icrası ilə bağlı onlayn konfrans keçiriləcək

“Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçiriləcək Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 27 iyun 2020-ci il, saat 12:00-da “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirəcək. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin sədrliyi ilə keçiriləcək konfransda Şura üzvləri, tərəfdaş …

Read More »

Qardaşlıqdan strateji tərəfdaşlığa

Bilal Dündar 1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olub. 1970-ci ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu bitirib. Müxtəlif illərdə məktəblərdə müəllim işləyib, Ədliyyə Nazirliyində ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifələrində çalışıb. Uzun müddət jurnalistika fəaliyyətilə məşğul olub, bir sıra publisistik kitablar çap etdirib. 2004-cü ildə Kocaeli Azərbaycan Evi Dərnəyinin sədri olub. 2006-cı ildən Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının …

Read More »

AzTV-də kütləvi koronavirusa yoluxma – Sədr müavinin də testi pozitiv çıxdı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də koronavirus sürətlə yayılıb. Boyukmillet.com xəbər verir ki, AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub. Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir. Yoluxmanın geniş yayılmasına səbəb isə …

Read More »

SON DƏQİQƏ! SMS icazə ilə bağlı DƏYİŞİKLİK EDİLDİ – RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər. Boyukmillet.com bildirir ki, …

Read More »