Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Səhiyyə Nazirliyi koronavirusla mübarizədə görəcəyi işləri açıqladı

103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq. Boyukmillet.com Reporta istinadən xəbər verir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün dövlətin bir səhiyyə qurumunun digərinə yardım etməsini tapşırıb: “Bu tapşırıq müvəqqəti xarakter daşıyır. …

Read More »

Milli Məclis sabah toplanır

Sabah – iyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş). 2. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş). 3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci …

Read More »

Ayna Fərhad yazır-Kələkidə doğan günəş

Hər sübh çağı günəş doğub şəfəqlərini dünyaya saçar. Bir çox şəxslərə, xüsusilə də yaradıcı insanlara müsbət təsir edər. Onun doğumu ilə başlar aydın sabahlar. Elə yeni günlər, yeni fikirlər də… Türk dünyasının liderlərindən olan Əbülfəz Elçibəy də aydın sabahlara doğan günəş kimi idi. Bir dəfə yazmışdım, bir də qeyd edirəm. Elçibəy ömrünə vaxtsız xəzan yeli əsən şəxslərdəndir. Öncə şəhid övladıdır. …

Read More »

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 19 şəhər və rayonunda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək. Boyukmillet.com xəbər verir ki, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının …

Read More »

Meksikada güclü zəlzələ baş verib

Meksikada 7,3 maqnitudalı zəlzələ baş verib. Bildirilib ki, zəlzələ ocağı 12 km dərinlikdə yerləşib. Zəlzələnin episentri isə təxminən 260 min insanın yaşadığı Oaxaka de Xuares şəhərindən (Oaxaka ştatı) 131 km cənub-şərqdə yerləşib. “Reuters” xəbər verir ki, yeraltı təkanlar paytaxt Mexiko şəhərində də hiss olunub.

Read More »

İki məşhur Azərbaycanlı Moldovada fəaliyyət göstərən iş adamları arasında 1-ci 5-yə daxil olunub.

Moldovanın tanınmış “Tribuna” portalı sözü gedən ölkənin iqtisadi inkişafında misilsiz xidmətləri olan xarici iş adamları haqqda “Xarici investorlar” rubrikası ilə geniş araşdırma aparıb. Portal əsasən Moldova Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə sosial, iqtisadi islahatların həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirən, əhalinin işlə təmin olunmasına dəyərli töhvələr verən, ölkədə nümunəvi xeyriyyəçi və vergi ödəyicisi kimi tanınan iş adamlarını statistik göstəricilərə …

Read More »

KÜR SAHİLİNDƏN GÖRÜNƏN TURAN

Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir.Keçmişini bilən insan tarix axarının, uyğarlıqların əvəzlənmələrinin, xalqların qalxma və enmələrinin qanuna uyğunluqlarını da dərk etməyə çalışır. Çalışır deyirəm, …

Read More »

“Semaşko”da bu gecə 20 koronavirus xəstəsi ölüb? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-ə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar. Boyukmillet.az bildirir ki, axeber.az məsələni dəqiqləşdirmək üçün xəstəxananın baş həkimi Ədalət Dadaşovla əlaqə saxlayıb. Ə. Dadaşov açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, dünən xəstəxanada 3 nəfər koronavirusdan …

Read More »

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi yeni layihəyə start verib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) yeni layihəyə start verib. Mərkəzdən Trend-ə verilən məlumata görə, “Ermənistanın işğalçılıq siyasətinin regional təhdidi və regionda müharibə riskini yaradan amillər” adlı layihə 3 ay (15 iyun -15 sentyabr) müddətində keçiriləcək. Layihənin əsas məqsədi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bütövlükdə Qafqaz regionunda təhdid və regionda …

Read More »

Siyavuş Novruzov da yoluxub? – “Kimsə bu virusdan sığortalanmayıb” – AÇIQLAMA

Milli Məclisin deputatları arasında COVID-19 infeksiyasına yoluxanların sayının artdığı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan həmin xəbərlərdə xəstəliyə yoluxan deputatlar arasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun da adı çəkilir. Buna səbəb kimi, Siyavuş Novruzovun parlamentin sonuncu iclasına qatılmaması göstərilir. Boyukmillet.com bildirir ki, modern.az xəbəri dəqiqləşdirmək üçün YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovla …

Read More »