Hörmətli qeyri-hökumət təşkilatlarının nümayəndələri,Bildiyimiz kimi, son həftələrdə ölkəmizdə COVID-19 pandemiyasına yoluxma hallarının kəskin artmasını nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin cari ilin avqustun 1-dək uzadılması, həmçinin, 21 iyun-5 iyul 2020-ci il tarixlərində ciddi karantin rejiminin tətbiqinə dair qərar qəbul edib.Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur. Mart …
Read More »Yearly Archives: 2020
Türk Hava Yolları Azərbaycana uçuşları ləğv etdi – vətəndaşlarımız çətin vəziyyətdə
Məlum olduğu kimi Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində qəbul edilən yeni qaydalara görə beynəlxalq səfərlər bu ilin avqust ayının 1-nə qədər qadağan edilib. Xatırladaq ki, bundan öncə karantin rejiminin yumşalması ilə əlaqədar Azərbaycan dövlətinin hava sahəsi bu ilin iyul ayının 1-nə açılması planlaşdırılırdı. Hətta buna görə Türkiyənin Türk Hava Yolları və onun törəmə müəssisəsi sayılan “Anadolujet” şirkəti İstanbul-Bakı reyslərinin bilet …
Read More »İranda dollar ilk dəfə rekord həddə yüksəldi
İranda dollar ilk dəfə rekord həddə çatıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, qonşu ölkədə 1dolar 19 min tüməni ötüb. Bildirilir ki, İranda 1 ABŞ dolları yanvarda 13 min 350 tümən olduğu halda ilin başlanğıcından bu günə qədər tümən dollar qarşısında 42 faiz məğlub olub. İran Mərkəzi Bankı açıqlama verib ki, dolların artmasının əsas səbəbləri koronavirus epidemiyası və neft …
Read More »Hacı Şahin: İndi yas yerinə getmək haramdır
Özünün və yaxınlarının həyatını riskə ataraq yas mərasimlərində iştirak etmək nəinki savab deyil, hətta haram sayıla bilər. Boyukmillet.com xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli yas yerlərind koronavirusun yayılması haqda danışarkən deyib. O, Musavat.com-a bildirib ki, bir insan başqasını yoluxdura biləcəyi və ya özü yoluxa biləcəyi bir yerə gedirsə, onun …
Read More »Bakıdan rayonlara kütləvi axın – RƏSMİ AÇIQLAMA
“Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tədbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir”Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. O bildirib ki, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər: “Onsuz …
Read More »“Paşinyanın ara qarışdırmaq planı yenə alınmadı” – Adil Əliyev
Azərbaycan prezidenti İlham Əliyev həmişə olduğu kimi yenə işğalçı dövlətin baş naziri Nikol Paşinyanı yerində otuzdurdu. Cənab prezident məşhur Münhen Təhlükəsizlik Konfransında Paşinyanın və Ermənistanın illərdir yürütdüyü işğalçı siyasəti rəqəmlərlə və faktlarla ifşa etmişdi. Azərbaycan prezidentinin Ermənistanda fazişmin təbliğatıyla bağlı sadaladıqları faktlara da Paşinyan tutarlı cavab verə bilmədi. Paşinyanın bu dəfəki təxribat cəhdi də uğursuzluğa düçar oldu. İyunun 18-də Şərq …
Read More »Osmanlıdan ayrılmaq səhv idi, türklərlə birləşməliyik: Yunan professordan TARİXİ ETİRAF
Yunan əsilli türkoloq, Ottava Universitetinin professoru Dmitri Kiçikis Yunanıstanda qonaq olduğu televiziya proqramında diqqət çəkən açıqlamalar verib. Boyukmillet.om xəbər verir ki, türkoloq Yunanıstanın Osmanlı İmperiyasından ayrılmasının tarixi səhv olduğunu və gələcəkdə Rusiya ekspansiyasına qarşı Türk-Yunan Konfederasiyasının qurulmalı olduğunu bildirib. “Təəssüf ki, uğursuz bir dövlətik. Biz kiçik Yunan dövlətiyik. Frankların oyununu oynamağa çalışdıq, amma məğlub olduq. Çünki 1821-ci ildə baş verən …
Read More »Pandemiya Paşinyanın sonunu gətirəcək
Məlum məsələdir ki, “Covid 19” dünyanın bütün ölkələrində bu və ya digər şəkildə sosial-iqtisadi böhrana səbəb olub. Lakin Ermənistan koronavirusun sosial-iqtisadi böhranla yanaşı, həm də dərin siyasi böhrana səbəb olduğu tək ölkədir. Hazırda işğalçı ölkədə iqtisadi böhranla siyasi böhran paralel surətdə dərinləşir. Pandemiya Paşinyanı və Ermənistan hökumətini həqiqətən də çox pis məqamda yaxalayıb. Hökumətin fəaliyyəti tamamilə iflic vəziyyətinə düşüb. Lakin …
Read More »Cahandar BAYOĞLU: Azərbaycan Respublikasının Prezidenti Sayın İlham Əliyevə və ailəsinə cəbhə açmaq, Heydər Əliyevçilik deyildir.
Bu gün dünən kimi, Azərbaycan xalqını Elçibəyçilər və Heydər Əliyevçilər adı altında cəbhələrə bölən eyni mərkəzli 5 kolon hələ də meydanda at oynadır.Belə bölücülüyün birini də Millət Vəkili, Prezident yanında Sosial Tedqiqatlar Mərkəzinin rəhbəri sayın Zahid Orucun açıqlamalarında görmək olur.Sayın Zahid bəy, Elçibəyçilər deməklə cəbhə açmaq istədiyiniz qüvvələrin böyük əksəriyyətinin Elçibəy ideologiyasına aidiyyatı yoxdur. Elçibəy rəsmini başının üstündən asan, amma …
Read More »Gürcüstan koronavirusu bitirir: Cəmi 2 yoluxma
Qonşu Gürcüstanda koronavirus epidemiyasının yayılması tamamilə minumuma enib. Boyukmillet.com xəbər verir ki, bu gün Gürcüstanda cəmi 2 nəfərdə koronavirus aşkar edilib. Virusdan vəfat edən yoxdur. Qeyd edək ki, 4 milyona yaxın əhalisi olan Gürcüstanda indiyədək 898 koronavirusa yoluxma aşkarlanıb. Onlardan 752-i sağalıb, 14-ü vəfat edib. Hazırda 132 nəfərin müalicəsi davam etdirilir. Ölkədə həyat ritmi normallaşmaqdadır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar