Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

“Dərhal bütün polis əməkdaşlarının fədakarlığının üzərindən xətt çəkmək olmaz”

Əlisahib Hüseynov: “Vətəndaşlarımızı və polislərimizi təxribata çəkmək istədilər” “Bu aralar koronavirus pandemiyasını səssiz müharibə hesab edənlər də var, insanlıq üçün mənəvi-psixoloji sınaq hesab edənlər də var. Şübhəsiz ki, hər iki yanaşmanın sahibləri, müəllifləri haqlıdır. Məni ən çox düşündürən tərəf pandemiyanın həqiqətən də bizim hamımızı sınamasıdır. Elliklə sınağa çəkildiyimiz bu cür həssas və gərgin dönəmdə özünü meydana atan, müsbət nümunə göstərən, …

Read More »

Avropa Parlamentindən Paşinyana sərt təpki – Bəyanat verildi

10 iyun 2020-ci ildə Aİ-AZ PƏK həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış ediblər. Bəyanat Ermənistan Baş naziri Paşinyanın bir nüddət öncə çıxışlarından birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə AP-nin münasibətini özündə ehtiva edir. Boyukmillet.com bəyənatın mətnini təqdim edir: Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri …

Read More »

Karantin uzadıldı: 190 manat yenidən veriləcək?

Azərbaycanda karantin müddətinin iyulun 1-ə kimi uzadılması yenidən bir sualı gündəmə gətirib: İşsizlərə sosial yardım olmalıdırmı? Ölkədə koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin elan edilib. Aprel və may ayları üçün işləməyən, karantin müddətində işini itirən 600 min şəxsə 190 manat yardım edildiyi açıqlanıb. Aprelin 27-dən isə karantin rejimi yumşaldılmağa başlayıb. Artıq əksər iş və xidmət sahələrində fəaliyyət bərpa edilib. …

Read More »

Koronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ — Peyvənd…

Çin alimləri tərəfindən COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib. Boyukmillet/com APA-ya istinadən bildirir ki, nəticələr ümidverici olub. Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib. Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir. Xatırladaq ki, dünyada koronavirusa …

Read More »

Bu gün sizi nə gözləyir? – BÜRCLƏR

Qoç – peşəkar fəaliyyət müstəvisində yaranan problemləri həll etmək üçün əlverişli zamandır. Maliyyə məsələlərinin çözümünü ertələməyin. İşgüzar intuisiyanız iti olsun. Minimum informasiyaya malik olsanız da, çox ciddi səhvlərə yol verməyin. İşgüzar danışıqlar pis keçməyəcək. Günün ikinci yarısında yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqla bağlı razılaşmaya gələ bilərsiniz. Səfər və ya səyahət üçün münasib zamandır. Dəyər verdiyiniz insandan xoş xəbərlər alacaqsınız. Qəfil romantik etiraf …

Read More »

“O qədər polisi ora cəmləməyə, səhər saat 6-da qapıları döyməyə nə ehtiyac var idi?” – Sabir Rüstəmxanlı

“Hesab edirəm ki, nə vətəndaş yuxarı mərtəbədən polisin başına zibil atmalı idi, nə də polis vətəndaşın evinə sanki terrorçu axtatrımış kimi hücum etməli deyildi”.  Mia.az xəbərr verir ki, bunu deputat Sabir Rüstəmxalı iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 13-də baş vermiş hadisə ilə bağlı Turan-a şərhində bildirib. “İynun 8-də kadrlarda gördüyüm polislər, onların binaya hücumları anromal bir hadisə …

Read More »

Azərbaycanda koronavirusa daha 339 nəfər yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. …

Read More »

Azərbaycanda ağır işlərdə çalışanların pensiyaya çıxmaq yaşı azaldılır

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığı artırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur. Pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də …

Read More »

İran əhalisi qocalır

İran 30 ildən sonra dünyanın ən yaşlı ölkəsi olacaq. Boyukmillet.com İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının səhiyyə nazirinin müavini İsmayıl Əkbəri deyib. Onun sözlərinə görə, doğumların sayının azalması səbəbindən 30 ildən sonra İran dünyanın ən yaşlı ölkəsi olacaq: “Doğum sayındakı azalma səbəbindən ölkədə yaşlanma prosesi başlayıb”. İ.Əkbəri son 60 ildə İran əhalisinin 10 il yaşlandığını deyib: “Son 60 ildə ölkə əhalisinin yaşı orta hesabla 20,2-dən 30-a yüksəlib. İlbəil …

Read More »

DİM: Hərarəti olan 20-yə yaxın şagird imtahana buraxılmayıb

Dövlət İmtahan Mərkəzi bu gün rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. Mərkəzdən verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2 550 nəzarətçi-müəllim, 117 bina nümayəndəsi ayrılıb. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların …

Read More »