Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir. Bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib. Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan …
Read More »Yearly Archives: 2020
Ermənistandan əsirlikdən qayıdan Amin Musayev evə buraxılıb
Erməni əsirliyindən azad olunan Azərbaycan Ordusunun hərbçisi Amin Musayev xəstəxanadan evə buraxılıb. Boyukmillet.com-un məlumatına görə, onun səhhətinin normal olduğu bildirilir. Qeyd edək ki, A.Musayev Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsi zamanı yaralı vəziyyətdə erməni silahlı bölmələri tərəfindən əsir götürülmüşdü.
Read More »Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib
Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.
Read More »İtaliyanın daha dörd bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib
İtaliyanın Neapol şəhərinin San Paolo Bel Sito bələdiyyəsi, Kataniya əyalətinin Kastel Di İudika bələdiyyəsi, Molise əyalətinin Lonqano bələdiyyəsi və Kieti əyalətinin Kastel Frentano bələdiyyəsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə, xüsusilə də Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirmiş və yaralanmış Gəncə, Bərdə, digər rayonların sakinlərinin ailə üzvləri ilə həmrəylik nümayiş etdirən, habelə …
Read More »Azərbaycanda daha 1 052 nəfər koronavirusa yoluxub, 4 067 nəfər sağalıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir. Son sutka ərzində …
Read More »Pakistan Prezidenti Heydər Əliyev Fondunun göndərdiyi əlil arabalarının təqdim olunmasında iştirak edib
Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə 100 nəfər fiziki qüsurlu şəxsin hər birinin bədən ölçülərinə uyğun xüsusi olaraq hazırlanmış əlil arabaları təqdim edilib, eləcə də, qüsurlu şəxslərin rəsm əsərlərinin və əl işlərinin sərgisi təşkil olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi və birinci xanımı Samina Alvi, dövlət rəsmiləri, deputatlar, tanınmış ictimai-siyasi xadimlər, media nümayəndələri …
Read More »Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb. XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə nazir Ceyhun Bayramovun BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepp ilə bu ilin 7 dekabr tarixli görüşünün davamı olaraq, Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərində Komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər 10 noyabr 2020-ci il tarixli …
Read More »Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilib
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib. Görüşdə …
Read More »Yəməndə hökumət üzvlərini daşıyan təyyarə aeroporta enəndə partlayış törədilib
Bu gün Yəmənin paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında güclü partlayış və atışma baş verib. Boyukmillet.com “Al Arabiya”ya istinadən xəbər verir ki, yeni hökumət üzvlərini daşıyan təyyarə endikdən sonra aeroport minaatandan atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. “Reuters” isə xəbər verir ki, ölkənin baş naziri Müin Əbdülməlik Səid və nazirlər hava limanından hökumət iqamətgahına aparılıblar. Hökumət üzvləri hadisə …
Read More »“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Nazirlikdən bildirilib. Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 18:00-a qədər, paytaxtda, eləcə də Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə saat 09:00-dan 17:00-a qədər vətəndaşlara xidmət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar