Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

İlham Əliyev Türk liderlərini Zirvə görüşünə çağırdı – Koronavirusla mübarizə

Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətləri Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.  Bildirilib ki, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.

Read More »

Azay Quliyev: “ATƏT PA-nın Qarabağdakı qanunsuz seçkini qeyri-legitim sayması çox mühüm məsələdir”

ATƏT Parlament Assambleyasının Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və ictimai sağlamlığa təhlükə adlandırdı. Bu barədə bu gün ATƏT Parlament Assambleyasının yaydığı açıqlamada qeyd olunur. Boyukmillet.com xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev qurumun qəbul etdiyi qərarla bağlı Trend-ə ətraflı məlumat verib.Azay Quliyev məlumatı təsdiq edərək bildirib ki, son günlər ATƏT PA-nın prezidenti Georgi Tsereteliyə, baş …

Read More »

Səfər Mehdiyev Gömrük Komitəsini anti-Əliyevçilərərə pay edib: qaynata sindiromu

Dövlət Gömrük Komitəsinin son zamanlar atdığı bəzi addımlar geniş müzakirə predmetinə çevrilib. Xüsusilə də gömrük-keçid məntəqələrində vətəndaşların gediş-gəlişinin müəyyən qədər asanlaşdırılması qurumun işində müsbətə doğru müəyyən dəyişikliklərin olduğundan xəbər verir. Lakin bəzi açıqlamalar heç də ürəkaçan deyil. Beləliklə, yeni komitə sədrinin islahatlarının da pərdəarxası üzə çıxır. Bu arada cumhuriyyet.az olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda media üzərindən apardığımız …

Read More »

Fonda 100 min manat ianə köçürən şəxs hansı nazir müavinin oğludur? – FOTO

Prezident İlham Əliyevin fərmanı ilə 19 mart tarixində yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 110 milyondan artıq ianə edilib. İanələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Verilən məlumatına görə, ölkə başçısının çağırışı əsasında “COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq üçün Fonda ianə köçürənlərdən biri də Cavadov Süleyman Gülməmməd oğludur. O, Fonda …

Read More »

Ali Məclisə yeni şöbə müdiri təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 9-da Ramil Nəbiyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramil Aslan oğlu Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi …

Read More »

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncamda deyilir: 1. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası …

Read More »

Virusu 5G yayır? – Dünya xəstəliyin səbəbini yeni texnologiyada görür – İNANILMAZ FAKTLAR

Koronavirusun beynin məhsulu olması ilə bağlı müzakirələr artır. Belə bir zamanda son günlər 5G texnologiyasının virusun yayılmasındakı rolu xüsusilə vurğulanır. Boyukmillet.com xəbər verir ki, Joe Ante Alı məllifin yazdığına görə, koronavirusu yayan 5G-lər və insan orqanizmində yayğın olan bakteriyalar Alfa, Beta, Qamma və Delta tezliyindəki virus/hissəciklərdir.Taclanmış hissəcik (Corona virusu) 8-13 Herz arasında bir titrəməsi var. Elmi araşdırmaya görə, 3-17 dərəcə …

Read More »

Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatdı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxanların sayı açıqlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Read More »

65-dən yuxarı yaşlı dustaqların əfvini siyasiləşdirmək kimlərin işinə yarayır…

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunub. Bildirilir ki, bu humanist addım dünyada baş qaldıran koronavirus pandemiyası ilə bağlı atılıb. Bununla həm də bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Azərbaycanın hüquq sistemində əfv institutunun fasiləsiz fəaliyyəti təmin edilir. Lakin ənənəvi addımları kimi, bu dəfə də …

Read More »

İSBAM 20 ailəyə 50 manat həcmində nağd pul yardımı etdi

Ictimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzi (İSBAM) koronavirus pandemiyası ilə bağlı elan olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, maddi vəziyyəti ağır olan 20 ailəyə 50 (əlli) manat həcmində nağd pul şəkilində maddi yardım edib. Boyukmillet.com xəbər verir ki İSBAM sədri Samir Adıgözəlli  bildirdi ki, həmin vəsaiti xaricdə yaşayan, lakin adının çəkilməsini istəməyən bir soydaşımız göndərib: “Bu gün 20 ailəyə yardım …

Read More »