Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, CXR-nın Xarici işlər naziri Van İn Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb. Boyukmillet.com xəbər verir ki bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri, Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edir və bu xüsusda …
Read More »Yearly Archives: 2020
Türkiyədə koronavirusa yoluxanların sayı kəskin artdı
Bu gün Türkiyədə 7 533 nəfər koronavirus testindən keçirilib. Onlardan 2069-da virus aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 5 698 nəfərə yüksəlib: “Bu xəstələrdən daha 17-si həyatını itirib. Bununla da koronovirusdan ölənlərin sayı 92-yə çatıb” – deyə, nazir bildirib.
Read More »Xaricdəki vətəndaşlarımız evlərinə necə dönəcək? – Rəsmi CAVAB – VİDEO
Hazırda ölkə xaricində qalan xeyli Azərbaycan vətəndaşı var. Onların evlərinə necə dönəcəyi isə əksəriyyəti narahat edir. Boyukmillet.com bildirir ki, bu gün APA TV-nin “APAralel” verilişinində çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu mövzu ilə bağlı rəsmi qaydaları açıqlayıb. Həmin verilişin videosunu təqdim edirik: https://www.youtube.com/watch?v=W6BvWMEMX98&feature=emb_logo
Read More »Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb
Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur). “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur). “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı …
Read More »Bakı metrosunun fəaliyyəti məhdudlaşdırılır
Bakı metrosu üçün xüsusi karantin rejimi dövründə yeni iş vaxtı müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib. Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
Read More »Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılacaq
Sabah gecədən xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib. Baki, Sumqayıt şəhərləri …
Read More »Azərbaycanda xüsusi karantin rejimi güclənir, metro yeni iş rejiminə keçir və … – QƏRARGAH
“29 mart saat 00:00-dan etibarən Xüsusi karantin rejimi gücləndirilsin”. Boyukmillet.com xəbər verir ki bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub. Məlumatda bildirilir ki, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın: “Baki, Sumqayıt …
Read More »“Duzdağ”da yerləşdirilən tələbələr danışdı:“Bizim fikirlərimiz təhrif edilib, vəziyyətimiz çox yaxşıdır”+ VİDEO
Məlum olduğu kimi, Türkiyədə təhsil alan tələbələrin bir qismi Vətənə qayıdıb. Onlardan bəziləri müvəqqəti olaraq Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzinə yerləşdirilib. Son günlər əsasən xarici ölkələrdən fəaliyyət göstərən bəzi internet resursları həmin tələbələrin güya acınacaqlı şəraitdə saxlanılmaları, onlara hətta lazımınca yeməyin belə verilmədiyi ilə bağlı yanlış məlumatları dövriyəyə buraxırlar. Azinforum.az həmin tələbələrin özlərinin vəziyyətləri ilə bağlı sosial şəbəkələrdə etdikləri paylaşımlardan birini …
Read More »KORONAVİRUSLARIN MOLEKULYAR BİOLOGİYASI
Azərbaycan Tibb Universitetinin “Tibb biologiya və genetika”kafedrasiyasının baş müəllimi biologiya üzrə fəlsəfə doktoru Aytəkin Həsənova viruslar haqqında danışdı Viruslar molekulyar genetikanın əsas obyektlərindən biridir. Koronaviruslar RNT tərkibli viruslar olub, gеnоmu təksaplıdır,seqmentləşmişdir. Bu virusların RNT-si, daşıdığı funksiyasına əsasən irsi məlumatı həssas hüceyrənin ribosomuna birbaşa nəql еdir. Koronavirusların RNT-sini müsbət-RNT (+RNT) və уа pozitiv gеnоm adlanırlar.Qeyd еtmək lazımdır ki, (+)RNT mоlеkullаrının infeksion …
Read More »Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu – 147 nəfərdən vəziyyəti ağır olanlar da var
Boyukmillet.com xəbər verir ki,Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Məlumata görə, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir: “Ölkədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar