Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb. Boyukmillet.comxəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb. Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb. Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir. Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. /Oxu.az/
Read More »Yearly Archives: 2020
Sevindirici xəbər: Sağalanların sayı çoxalır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 16-na olan son hesabatını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, hesabata əsasən, koronavirusa yoluxan ölkələrin sayı 157-yə çatıb. Virusa ümumi yoluxanların sayı 169 min 610 nəfər təşkil edib. Gün ərzində yoluxanların sayında azalma müşahidə olunub. Belə ki, son sutka ərzində dünya üzrə cəmi 192 yoluxma hadisəsi qeydə alınıb. ÜST-nin hesabatına əsasən, sutka ərzində 15 yeni ölüm hadisəsi …
Read More »Dünya ölkələri koronavirusa yoluxma sayına görə Çini ötdü
Çindən kənarda koronavirusla yoluxma hallarının ümumi sayı Çin Xalq Respublikasında yoluxma hallarının sayını ötüb. Bununla bağlı rəqəmlər Çin hakimiyyətinin müxbirlər tərəfindən yığılmış rəsmi bəyanatları və 120-dən çox ölkədə ekspertlərin hesablamalarında qeyd edilib.Hazırda Çində koronavirusa 81 min 28 yoluxma hadisəsi qeydə alınıb, ölkədən kənarda isə 81 min 321 nəfər koronavirus xəstəsidir.Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan …
Read More »Ancaq amerikanlar üçün peyvənd… Trampın gizli planının üstü açıldı
ABŞ prezidenti Donald Trampın Almaniyada yerləşən CureVac şirkətinə yeni tipli koronavirusa (Kovid-19) qarşı peyvəndin ABŞ-da hazırlanması üçün külli miqdarda pul təklif etdiyi irəli sürüldü. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, prezident D.Tramp koronovirusa qarşı hazırlanmaq mərhələsində olan peyvəndlərin ilkin olaraq amerikalılara tətbiq olunmasına çalışır.
Read More »Azərbaycanda daha 2 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Boyukmillet.com Nazirlər Kabinetinin yanında Operativ Qərargaha istinadən xəbər verir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri sabitdir. Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. …
Read More »Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki soydaşlarımıza müraciət etdi
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki həmvətənlərimizə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər xəbər verir ki, səfirlik Fransada olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını mövcud vəziyyətdən irəli gələn məsələlərin, habelə qarşılaşdıqları problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə konsulluq bölməsinə müraciət etməyə çağırıb. Müraciətdə koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayıldığı və bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın …
Read More »Mübariz Mənsimovun meneceri də həbs edildi
Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub. Boyukmillet.com xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, onların FETÖ üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələrinin olduğu bildirilir. Xəbərdə qeyd edilir ki, M. Mənsimovun telefon zəngləri araşdırılarkən FETÖ rəhbərliyində olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsinin olduğu, …
Read More »Mübariz Mənsimov aclığa başladı
İstanbulda bu gün saxlanılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu saatlarda azadlığa buraxıldığı barədə məlumat təsdiqini tapmayıb. Boyukmillet.com xəbər verir ki, jurnalist Fuad Abbasovun feysbuk üzərindən canlı apardığı proqrama telefon zəngi ilə “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub. F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb: “Hətta Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, …
Read More »Zirəddin Rzayevin dəhşətli proqnozu: “Qorxunc heyvanlar peyda olacaq”
Məşhur ekstrasens Zirəddin Rzayev 2017-ci ilin fevralında verdiyi müsahibəsində dünyada dəhşətli virusun yayılacağını deyib.Rusiya KİV-lərinə müsahibəsində o, qarşıdakı illərdə baş verəcək hadisələrlə bağlı proqnozunu verərkən bu virus barədə danışıb: “Payızın əvvəlində dəhşətli virus dünyanı cənginə alacaq. İnsanlar maskada gəzməli olacaqlar” –deyə Z.Rzayev vurğulayıb.Bu proqnoz 2017-ci ilin fevralında Azərbaycanın əksər saytlarında verilib.Ekstrasens daha bir proqnozu ilə də təəccüb yaradıb. Onun sözlərinə …
Read More »Həsən Ruhani dünyanın ölkə rəhbərlərinə məktub göndərdi:”Virusa qarşı birgə mübarizə aparmalıyıq”
İran prezidenti Həsən Ruhani koronavirusla bağlı dünyanın ölkə rəhbərlərinə məktub ünvanlayıb. H.Ruhani öz məktubunda bildirib ki, bu epidemiya sərhəd tanımır, qurbanlarının da siyasi, milli, irqi və dini fərqliliyinə görə seçmir. Məktubda qey olunur ki, bu virusla beynəlxalq və regional əməkdaşlıq çərçivəsində eləcə də koordinasiyalı şəkildə mübarizə aparmaq lazım, xalqın ehtiyaclarını təmini, yoxsul və az gəlirli insanlara maliyyə yardımı göstərməli, tibbi və müalicə xərcləri və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar