Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% artıb. Boyukmillet.com bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 33,14ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

“Xalq kasıbdır, insanlar zülmlə dolanır” – Bilal Əliyev

“İllərdir eyni nömrəni istifadə edirəm, hər kəsdə nömrəm var, mənimlə istədikləri vaxt əlaqə yarada bilirlər. Bəzən kasıb bir adam zəng vurub deyir ki, “Bilal müəllim, bir şəhid ailəsində toy məclisi var, gəlib yarım saat oxuyarsınızmı?” Belə olanda deyirəm ki, baş üstə, təbii ki, gələrəm. Şəhid ailələri üçün biz hamımız təmənnasız oxumalıyıq”. Boyukmillet.com xəbər verir ki,bu sözləri Yenisabah.az saytına açıqlamasında Xalq …

Read More »

İşdən çıxarılan nazir müavini salyanlı Mirpaşanın başına hansı oyunları açıb? -VİDEO

Martın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib. Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin olunub. Bundan əlləki dövrlərdə – 2003-2008-ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub. Ş.Abdullayevin adı mediaya əsasən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru …

Read More »

İbrahim Məmmədov: “Hazırda koronavirusa yoluxan 15 nəfər var”

“Bizim ölkədə virus pandemiya vəziyyətində deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: “İndiyə qədər 3 nəfər sağalıb”. “Hazırda koronavirusa yoluxan 15 nəfər var”, – deyə İbrahim Məmmədov qeyd edib. İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: “Ölkədə bir çox kütləvi tədbirlər qadağan …

Read More »

Koronavirusa görə qadağalara əməl etməyənlər cərimə olunacaq

Azərbaycanda koronavirusa görə tətbiq edilən qadağalara riayət etməyənlər cərimə olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, qadağalara məhəl qoymayan obyektlər bağlanacaq: “Burada qadağaların pozulması insanların həyatını təhlükəyə ata bilər. Qadağalara Qida Təhlükəsizliyi Agentli, Bakı Şəhər Ticarət Departamenti və Daxili İşlər Nazirliyi nəzarət …

Read More »

İrana üçtərəfli şok: ABŞ ağır zərbələr endirir

İran tarixinin ən çətin dövrünü yaşayır. Ölkə əvvəlcə Qərbin sanksiyalarına görə iqtisadi çətinliklərə məruz qaldı, daha sonra isə koronavirus pandemiyası burada sürətlə yayılmağa başladı. Bu azmış kimi neftin qiymətinin düşməsi İran iqtisadiyyatını darmadağın etdi. Boyukmillet.com bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu İranın ABŞ-ın İraqdakı Taci düşərgəsini raketlə vurmasını şərh edərkən deyib. O bildirib ki, yuxarıdakı səbəblərə görə İran …

Read More »

Millət vəkili MM-də cəmiyyəti narahat edən problemlərdən danışdı: Hər yerdə uşaqlara siqaret satılır…

Q.Paşayeva Milli Məclisin iclasında bir sıra önəmli təkliflərlə çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu gün Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş işlər planının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib. Q.Paşayeva işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbulunun vacibliyinə toxunub. Distant təhsilin genişlənməsinin vacibliyi, …

Read More »

Bakı-Tbilisi-Bakı qatarlarının səfərlərinə müvəqqəti məhdudiyyət qoyuldu

Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, alınmış biletlər üçün ödənilən məbləğ QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan …

Read More »

Milli Məclisə koronavirusla bağlı sənəd daxil olub – EKSKLÜZİV

Milli Məclis koronavirus infeksiyasına (COVİD-19) görə yaranmış vəziyyəti müzakirə edəcək. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı artıq parlamentə sənəd daxil olub. Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq.  Qeyd edək ki, Azərbaycanda hazırda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla). …

Read More »