Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.  Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.  Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bundan əvvəl xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti sabit ağır olaraq qalır. Xəstə ciddi …

Read More »

Niyazi Bayramov şəhərdə aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub

Boyukmillet.com-a verilən məlumata görə Gəncədə abadlıq, təmir-bərpa və tikinti işləri sürətlə davam etdirilir. Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir. Bunlarla yanaşı Gəncənin müxtəlif hissələrində mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərini gəzərək, aparılan abadlıq, təmir-bərpa …

Read More »

Xoş növrağın mübarək, müasirləşən qədim Ordubad!

Bütün bu gözəlliklərə rəvac verən bir çox amillər var. Ən əsası isə odur ki, son illər muxtar respublikada aparılan quruculuq tədbirlərindən Azərbaycanın incisi sayılan Ordubada da geniş pay düşüb. Bunu rayona yolu düşən hər bir kəs aydın görür. Ordubad şəhəri ilə yanaşı, rayonun kəndlərinin sosial mənzərəsində əsaslı dönüş yaradılıb, bütün sahələrdə uğurlar əldə olunub. Ötən 2019-cu ildə görülən işlər də …

Read More »

Qazax rayonunda yaşayış evləri və avtomobillər atəşə tutulub

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.Dövlət Sərhəd Xidmətinin məlumatına görə, martın 13-də saat 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub. Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqələrimizə qarşı atəşin …

Read More »

Türkiyə parlamenti ziyarətçi qəbulunu dayandırıb

Türkiyə Böyük Millət Məclisi (TBMM) martın 13-dən 31-dək ziyarətçi qəbul olunmaması barədə qərar qəbul edib.Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə R. T. Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib. Eyni zamanda dövlət məmurlarının xarici …

Read More »

Parlamentin komitə sədri insanları təşvişə düşməməyə çağırdı

“Bu gün dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib”.  Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, epidemiyanın iqtisadiyyata təsiri iyun ayında bitəcək: “Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Biz neftin qiymətini …

Read More »

MAGATE-dən Azərbaycana 1,5 milyon dollarlıq hədiyyə

“Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) Azərbaycana 1,5 milyon ABŞ dolları dəyərində Sterilizasiya Məqsədli Qamma Şüalanma Qurğusu və laboratoriya vasitələri hədiyyə edib”. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin diektoru Adil Qəribov deyib. Onun sözlərinə görə, qurğu MAGATE ilə birgə həyata keçirilən layihə çərçivəsində təqdim olunub: “Bu qurğu …

Read More »

Bu gün Milli Məclisin iclasını işıqlandıracaq jurnalistlər koronavirusa görə yoxlanışdan keçəcək

Bu gün Milli Məclisin iclasını işıqlandırmaq üçün parlamentə gələn jurnalistlər termovizor yoxlanışından keçəcək.  Boyukmillet.com bildirir ki, bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar MM-ə gələn hər bir şəxs, o cümlədən deputatlar və jurnalistlər prosesdur qaydalara uyğun olaraq bu yoxlanışdan keçməlidir.

Read More »

Milli Məclisin şöbə müdiri vəzifədən azad edildi

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov işdən çıxarılıb. Boyukmillet.com-un məlumatına görə, 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı N.Səfərov qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentdəki vəzifəsindən azad edilib.

Read More »