Ötən gün koronavirusdan ölən qadının dəfn mərasimi mütəxəssislərin nəzarəti altında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan mediapost-un sorğusuna cavab olaraq bildirilib.“Çox güman ki, mərasim qapalı və məhdud şəkildə olacaq. Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə …
Read More »Yearly Archives: 2020
Daha 3 rayonun yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı – SƏRƏNCAM
Prezident İlham Əliyev “Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin …
Read More »“Whatsapp”da koronavirusla bağlı panika yayan “Niquş”la “Tünzalə” polisə ÇAĞIRILIB
Zaman-zaman “Whatsapp” üzərindən yayılan səs yazıları insanlar arasında panikaya səbəb olur. Bir müddət əvvəl məktəblərdən uşaq “oğurlayan”ın, “virus aşkarlanmadığı halda “Niquşun Azərbaycanda koronavirus var” “xəbərdarlığı” əhalinin gərginliyini artırdı. “Niquş”dan sonra peyda olan “Tünzalə” adlı sakin isə təlaşla deyirdi ki, bir qrup adam maşınla evlərə yaxınlaşır, “qripə görə evləri dezinfeksiya” etməyə gəlirlər: “Evlərə girirlər, guya dezinfeksiya edirlər, qaz kimi bir şeydi …
Read More »Koronavirus haqda hələ 12 il əvvəl xəbər verlibmiş… – Qəfil gəldiyi kimi qəfil də yoxa çıxacaq – FOTO
Amerikalı yazıçı, medium və hipnoterapevt Silviya Braun koronavirus barədə hələ 12 il əvvəl öz kitabında yazıbmış. sondakika.com-un xəbərinə görə, 2008-ci ildə çap olunan “End of Days” (Günlərin sonu) kitabında bu barədə bəhs edildiyi məlum olub. “2020-ci ildə dünyaya ağciyər və bronxlara təsir edən və bütün məlum müalicələrə cavab verməyən, zökəmə bənzər ciddi bir xəstəlik yaranacaq. Xəstəliyin özündən də təəccüblü olan …
Read More »Deputat: “Azərbaycanda distant iş rejimi tətbiq oluna bilər“
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria dövlət orqanları və özəl təşkilatlara koronavirusun yayılmasının qarşısının alınması üçün mümkün olduğu qədər uzaqdan iş şəraitinə keçməyi tövsiyə edib. O, hökumətin iclasında səsləndirdiyi fikirdə distant iş rejiminin hökumətin fəaliyyətinin effektivliyinə təsir etməməli olduğunun vacibliyini də vurğulayıb. Azərbaycanda da koronovirusla bağlı narahatlıq davam edir. Maraqlıdır, ölkədə də önləyici tədbir kimi distant iş tətbiq oluna bilərmi? Bu …
Read More »Avstriya şirkəti Azərbaycanın dəmir yollarından istifadə etmək istəyir
Boyukmillet.com xəbər verir ki “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, qurumun sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb …
Read More »Əli Əsədovdan yeni QƏRAR – Bu təşkilatlar vergidən azad edildilər
“Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərarla aidiyyəti dövlət orqanlarına tapşırıq verilib.Tapşırıqda deyilir ki, bu qərarla təsdiq edilmiş meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısı hər il üzrə rəsmi internet səhifələrində yerləşdirilməlidir.Vergi …
Read More »ÜST Koronavirusla bağlı son nəticələri açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb. Məlumata əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.Dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni …
Read More »Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq. /Modern.az/
Read More »Bakıda dollar ajiotajı – Banklardan reportaj
“Dollar məsələsinə görə bu camaatın yadından koronavirus çıxıb, nədir? Heç kəs spirtlənmir, maska taxmır. Başqa yerdə isə hamı bir-birindən qaçır. Burada dollara görədir, nədir, hamının koronavirus yadından çıxıb”. Boyukmillet.com bildirir ki, bu sözləri “Yeni Müsavat”a Bakıda banklardan birinin qarşısında dollar almaq üçün növbədə dayanmış orta yaşlı qadın deyib. Metronun “Neftçilər” stansiyası həndəvərində əksər bankların filialları var. Həmin filiallara baş çəkib infeksiyanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar